Ukraynanın İqtisadiyyat naziri Svırıdenko sosial media hesabından verdiyi açıqlamada, “Ukrayna qlobal ərzaq təhlükəsizliyinin əsas təminatçılarından biridir. Kaxovka Su Elektrik Stansiyasının dağılmasının nəticələrindən biri də Ukraynanın cənubunda suvarma sistemlərinin dağıdılmasıdır. Bu, dünyada növbəti ərzaq böhranı təhlükəsi yaradır. Bu planetar cinayətin ikinci nəticəsi Qara dənizin şimalında ekosistemlərin məhv edilməsidir. Rusiyanın sövdələşməsiz terrorçu dövlət olmasına dünya ictimaiyyətinə daha nə qədər sübut lazımdır?” dedi.




















