Zaporojye və Xerson vilayətlərinin işğal edilmiş əraziləri Rusiyanın “+7” telefon koduna keçir.
Axar.az xəbər verir ki, bunu Krım rəhbərinin informasiya siyasəti üzrə müşaviri Oleq Kryuçkov deyib.
“Məndə olan məlumata görə, artıq orada yeni rabitə operatorları işləyir. Ukraynanın “+380” telefon kodu tezliklə keçmişə qovuşacaq”, – o bildirib.
Onun sözlərinə görə, Xerson, Melitopol və Berdyanskda yeni operatorların mobil paketləri artıq satışa çıxarılıb.