Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 263 uşaq həlak olub, daha 467 uşaq isə yaralanıb.
Reportyor.info-nun xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.
Qeyd olunub ki, fevral ayından Ukraynada ən azı 1940 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 184-ü tamamilə dağıdılıb.
Prokurorluq bu rəqəmlərin aktiv döyüş əməliyyatlarının davam etdiyi əraziləri, həmçinin Rusiya tərəfindən işğal olunmuş ərazilərdəki itkiləri əhatə etmədiyini qeyd edib.