Rusiya hərbçilərinin Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin mərkəzi bazarına zərbə endirməsi nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının sədri Pavel Kirilenko bildirib.
“Ukrayna ordusuna qarşı müqavimət göstərə bilməyən Rusiya hərbçiləri silahsız vətəndaşlarla belə “döyüşür”, – o bildirib.
Məlumata görə, oktyabrın 11-də Rusiya hərbçiləri Donetskin 6 dinc sakinini öldürüb.
Bildirilib ki, cənub və şərq istiqamətində Ukrayna Silahlı Qüvvələrinn əks-hücumu davam edir.