Nazirlik açıqlamasında bu açıqlamaları verib: Nazirlik açıqlamasında bu açıqlamaları verib;
“İyunun 6-na keçən gecə Rusiya Federasiyası Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Nova Kaxovka şəhəri yaxınlığında yerləşən Kaxovka SES-in bəndini partladıb. Dnepr çayının hər iki sahilində onlarla yaşayış məntəqəsi daşqın təhlükəsi ilə üzləşib.
Milli Polis və Dövlət Fövqəladə Hallar Xidmətinin Xerson bölgəsindəki bölmələri mülki əhalinin potensial daşqın ərazilərindən təxliyəsi üçün təcili tədbirlər görür. Xerson rayonunun müvəqqəti işğal olunmuş sol sahilinin sakinləri həyəcan təbili çalır.
Biz Rusiya Federasiyasının Kalxovka SES bəndinin partlamasını Ukraynanın kritik infrastrukturuna qarşı terror aktı kimi qiymətləndiririk və bunun məqsədi mümkün qədər çox insan tələfatı və dağıntıdır. Kaxovka SES-də törədilən terror aktı Xerson vilayətinin işğalçı qüvvələri və Rusiya televiziyasında təbliğatçılar səviyyəsində qızğın müzakirə olunub ki, bu da onun əvvəlcədən planlaşdırıldığını göstərir.
class=”medianet-inline-adv”>
EKOLOJİ VƏ TEXNOLOJİ TERROR AKSİYASIDIR
Ekoloji və texnoloji terror aktı olan Kaxovska SES bəndinin partlaması son onilliklərdə Avropada baş vermiş ən böyük texnogen fəlakətdir və Rusiyanın ukraynalılara qarşı soyqırımının növbəti təzahürüdür. Bu, Kremlin Rusiya Federasiyası ilə sülh danışıqlarına çağıran ölkələrə cavabıdır. Kaxovka su anbarında suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədar Rusiyanın işğal etdiyi digər mühüm infrastruktur obyekti olan Zaporijjya NES üçün də təhlükə yarada bilər”.




















