02-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

UKRAYNA TÜRKİYƏNİN “İSTİSMAR TORPAĞI”NA ÇEVRİLİB:Moskvanın acığına Kiyevin Ankaraya təklif edəcəyi heç nə yoxdur – Araşdırma

03 Yanvar 2019, 14:40
Manşet
A A
UKRAYNA TÜRKİYƏNİN “İSTİSMAR TORPAĞI”NA ÇEVRİLİB:Moskvanın acığına Kiyevin Ankaraya təklif edəcəyi heç nə yoxdur – Araşdırma

Maryan Sidoriv

regnum.ru, 02.12.2019

 

Türkiyə (BVF, Ümumdünya Bankı və hətta MKİ-nin məlumatına əsasən, alıcılıq bacarığının  bərabərliyi  üzrə ümumi daxili məhsulun həcminə görə dünyanın 13-cü iqtisadiyyatı) “sırf iqtisadi rəqəmlər” baxımından Ukrayna üçün lap azsaylı “müsbət tərəfdaşlar”dan biridir. 2018-in doqquz ayınn yekunlarına görə, Ukrayna-Türkiyə mal ticarətində müsbət saldo 710 466,5 min dollar təşkil edir.

Üç məqam olmasaydı, bu, sevinc gətirərdi.

Birincisi, 2018-in yanvar-sentyabrında Ukrayna mallarının Türkiyəyə ixracı 2,3% artıb, halbuki oradan idxal keçən ilin uyğun dövrüylə müqayisədə 37,6% çoxalıb. Yəni Ukraynanın müsbət saldosu açıqca yox olur.

İkincisi, Ukrayna ixracatının strukturunda “ilk beşlik” bu resurslardır: Qara metallar – 49,4%

*yağlı bitkilər – 10,4%

*taxıl bitkiləri – 7, 9%

*qida sənayesi tullantıları – 5,9%

*ağac və ağac məmulatları – 5,0%.

Türklər isə Ukraynaya əsasən yüksək əlavə dəyərli mallar və bahalı ekzotika idxal edirlər:

*reaktorlar, qazanlar, maşınlar – 9,8%

*dəmiryolundan savayı yerüstü nəqliyyat vasitələri – 9,6%

*meyvə və qoz – 6,7%

*plastik kütlə və polimerlər – 5,6%

*trikotaj – 4,2%.

Başqa sözlə, Ukrayna Türkiyə iqitsadiyyatı üçün tamdəyərli tərəfdaş deyil, dayanıqlı resurs qaynağıdır. Bundan artıq deyil…

Və, nəhayət, üçüncüsü. Sözsüz, Ukrayna “mal ticarəti”ndə üstündür. Amma hələ nəticələri Ukraynanı tam sevindirə bilməyəcək “xidmət ticarəti” də var. Ukrayna 2018-in 9 ayının yekunları üzrə Türkiyəyə 135 598,1 min dollarlıq (illik artım 3,4%) xidmət təklif edib, halbuki xidmət idxalı 324 202,3 min dollar təşkil edib (artım 11,5%-dir).

Bununla belə, perspektivlər Kiyevi bilmərrə sevindirə bilmir, axı onun gəlirinin əsas bölümü nəqliyyat xidmətləridir (113 741,7 min dollar). Bunun perspektivi isə – Rusiyanın Avropaya yerüstü trafiki vətənsevərliklə bağlaması və Azov dənizində hərbiləşdirilən dartışma, gələcək “Türk axını” nəzərə alınmaqla – getdikcə daha da şübhəli olur. Eyni zamanda “Türkiyə xidmətləri”nin əsas tutumu – 243 139,8 min dollar – “səyahətlərlə bağlı xidmətdir”, yəni turizmdir. Və bu, Ukraynada “bostan əvəzinə Türkiyə”ni özünə rəva biləcək orta sinfin, heç olmasa, tör-töküntüsü qalınca var olacaq. Nəticə: Ukrayna və Türkiyə ticarətinin bu günki balansı Ukraynanın xeyrinədir. Amma bu iki ölkənin ticari münasibətlərinin inkişaf dinamikası Ukrayna üçün bu sahədə mənfi saldonun formalaşması tendensiyasının artdığından xəbər verir.

Tarix baxımından özümüzə hesabat verməyimiz lazım gəlir ki, çağdaş Ukrayna ərazisinin xeyli hissəsi yüzilliklər boyu Osmanlı İqamətgahının  (Türkiyə imperiyasının) siyasi nəzarətində olub. Türkiyənn baş vəziri Gədik Əhməd 1475-də gözlənilməz dəniz yürüşüylə Krım xanlığını İqamətgahın protektoratına çevirib. 1584-dən sonra isə hətta Krım xanlarının təsdiqi və məqamdan alınması yalnız sultanın iradəsilə təsdiqlənib. Krımın güney sahillərinin şəhərləri (Türkiyənin “Kəfə əyaləti”) də Baxçasaraydan deyil, birbaşa İstanbuldan yönəldilib.

Baxçasarayda Xan sarayı

 

Axı Krım xanlığı təkcə Krım yarımadası deyil, həm də çağdaş Ukraynanın qitə bölümünün tatar ordaları –  Bucak, Yedisan, Cambuylak və başqa ordalardır. Başqa sözlə, bütünlükdə Şimali Qara dənizyaxası və Ukrayna çölü/meşə-çölünün önəmli bölümü xanlığa, deməli, siyasi baxımdan Türkiyəyə məxsus idi.

Qara dənizin xəritəsi

 

Osmanlı türklərinin özləri isə bütün XVII yüzillik boyunca Avropanın şimali-qərbinə basqı edərək Karpatarxasının önəmli bölümünə (1536−1688) və ya Podolyaya (1672−1699) nəzarət ediblər. Və türklər 1806-1812 Rusiya-Türkiyə savaşından sonra Buxarest barış anlaşmasına görə çağdaş Ukrayna torpağından tam çıxarılıb.

Taleyin imperiya olmaq imkanı verdiyi istənilən ölkənin ictimai şüurundakı “imperiya şüuru” “fantom ağrı” deyil, bəzən siyasətə də sıçrayan tamamilə obyektiv gerçəklikdir. Türkiyə istisna deyil və “yeni osmançılıq” artıq ötən yüzilliyin sonundan “Türkiyənin siyasi ideologiyası” kimi müəyyən olunub, yəni Türkiyə Cümhuriyyətinin qabaqlar Osmanlı imperiyasının hökmü altında yerləşən bölgələrdə siyasi qatılışının güclənməsi əbəs deyil. Türklərin özləri isə prezident Ərdoğanı və tərəfdarlarını “Osmanlı torunu” (osmanlıların törəməsi) adlandırırlar.

Tamamilə… Deyəsən, Türkiyə ən yeni çağın 2014-ədək “imperiya əraziləri”nin qaytarılmasında müsbət sınağa malik yeganə ölkəsidir. O, I dünya savaşının yekunlarına görə Suriyaya verilmiş Xatay vilayətinin öz tərkibinə qaytarılmasına nail olub.

Ukrayna buna görə də öz xalqınınm ruhsal (dini) yönəlişini  Konstantinopol patriarxlığına verərək geopolitika baxımından “Türkiyə qarmağı”na çox möhkəm düşüb. Çünki patriarx Varfolomey Türkiyə dövlət aparatı baxımından bu aparatın, vur-tut, məmuru, xristian yunan əhalinin davranışına sorumlu “etnarx”dır. Türkiyə torpağında qalmaq icazəsi verilmiş Konstantinopol patriarxlığının özü isə yerli hüquq obyektidir və yeri gəlmişkən, partiarx Varfolomey Türkiyə Cinayət Məcəlləsinin 219-cu maddəsinə görə cinayət işi üzrə – “keşiş vəzifəsinin icrası zamanı başısoyuqluğa görə” məsuliyyətə çəkilə bilər. Maddə bir aydan bir ilədək həbs müddəti nəzərdə turur.

Bu məmur dekabrın 15-də özünün ali hakim və Ukraynanın ruhsal meydanında inzibati yönəltmə hüququnu elan edib. Və hətta son dərəcə – Ukraynanın suveren torpağında (stavropiqiy) birbaşa yönəltmə imkanı açır. Və Kiyevdə fəaliyyətdə olan hakimiyyət bu səyləri dəstəkləməyə MƏCBURDUR, çünki 2019-un martında prezident seçkilərinin nəticəsi Varfolomeydən asılıdır. Axı hətta yanvarın 6-da tomos təqdim ediləcəyi halda, daha doğrusu, belə təqdim hallarında Konstantinopol (İstanbul) patriarxının istənilən sözünün Ukraynanın indiki prezidentinin elektorral perspektivi üçün həlledici önəmi olacaq.

Fənər. İstanbul. 1900

 

Özü də Ukrayna avtokefaliyasına bu qədər tələsik və anlamsız səyləri başqa düşüncələrlə açıqlamaq olmaz. Axı bu, iqtisadi imtiyazlar vermir, yeni osmanlıların tarixi imperiya xatirəsini olmazın biçimdə aktuallaşdırır və Türkiyə ilə antirusiya birliyi qurmağa heç bir imkan vermir. Bir də hansı “birlik” – heç olmasa, Bosfor boğazını ruslar və gəmiləri üçün bağlamaq yoluyla yardım etsin. Axı Kiyev əvəzində İstanbula heç nə təklif edə bilməz. Ukrayna politoloqu Yuri Romanenko bunu necəsə istedadlı bir yığcamlıqla dürüst ifadə edib:

Türkiyə Rusiya ilə savaş durumundadır? XEYR.

NATO Rusiya ilə savaş durumundadır? XEYR.

Türkiyə Bosforda gəmiçiliyi əngəlləməkdən böyük itkilərə görə Ukraynadan qarşılıq alacaq? XEYR.

Ukrayna Suriyada öz maraqlarının Rusiyanın yerinə gözlənməsində Türkiyəyə zəmanət verir? XEYR.

Ukrayna Türkiyə ilə münaqişəyə girən Rusiyanı qarışdıra biləsi kürd problemini tarazlayır? XEYR.

Ukrayna Rusiyanın tikdiyi AES-in inşasını başa çatdıracaq? XEYR. Ukrayna “Türk axını” layihəsinin dayandırılmasnın əvəzini verəcək? XEYR.

Ukrayna Ərdoğan ailəsinin Rusiyada biznesi itirməkdən ziyanın qarşlığını verəcək? XEYR.

Yəni Ukrayna artıq indi Türkiyə üçün “resursların istismarı torpağıdır”, özü də söhbət təkcə təbii deyil, insan resurslarından da gedir (bundan artıq yazmışam). Gerçək siyasi təkliflər olmadığı üzündən bura “tərəfdaşlıq torpağı” ola bilməz. Əvəzində, başlanan “kilsə savaşı”na görə Türkiyənin Ukraynaya “iddialar ərazisi” tamamilə ola bilər.

XVIII yüzillikdə Ukrayna torpağını belə iddialardan Rusiya və Avstriya qoşunları və diplomatları qurtarıb. İndi Ukrayna diplomatlarına ümid varmı? Onlar Ukraynanı çevrələyən bütün ölkələri düşmənə çevirəndən sonra?

Tərcümə Strateq.az-ındır.

 

 

Əvvəlki yazı

Abşeronda jurnalistin evi qarət olundu –Televizor, pul və rəsmi sənədlər aparılıb

Sonrakı yazı

Penitensiar Xidmətdən Mehman Hüseynovla bağlı son açıqlama:”O, qida da, su da qəbul edir…”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

Şeyx: “Mədəniyyət Nazirliyinin teatrlarda baş rejissor ştatının ləğvi barədə qərarını gözlənilməz xəbər kimi qəbul etmişəm”

29 Yanvar 2026, 16:54
Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

Ermənistan müxalifəti seçkiqabağı blok yaratmaq istəyir

29 Yanvar 2026, 16:37
Medina ən yaxşı müdafiəçilər sırasındadır

Medina ən yaxşı müdafiəçilər sırasındadır

29 Yanvar 2026, 16:35
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı – VİDEO

29 Yanvar 2026, 16:34
Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

Əhəd Abıyev: “Qardaşım ölməyib” – YENİLƏNDİ

29 Yanvar 2026, 16:31
Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

Cinayət axtarışı məhkəmə qərarı olmadan da aparılacaq – Bu halda

29 Yanvar 2026, 16:30
18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

18 yaşlı Aydənin öldüyü hadisənin görüntüləri – Video

29 Yanvar 2026, 16:23
Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

Masallıda 2 uşaqlı ananın üçəmi də doğuldu – Fotolar

29 Yanvar 2026, 16:22
Əli Əsədov sərəncam imzaladı

Əli Əsədov sərəncam imzaladı

29 Yanvar 2026, 16:20
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istədi

29 Yanvar 2026, 16:18
Rusiya azərbaycanlı blogeri axtarışa verdi

Rusiya azərbaycanlı blogeri axtarışa verdi

28 Yanvar 2026, 17:41
İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

İçib “TikTok”da söyüş söyən musiqiçi həbs olundu (VİDEO)

28 Yanvar 2026, 17:39
Xalq rəssamının qızı həbs olundu

Xalq rəssamının qızı həbs olundu

28 Yanvar 2026, 17:36
Rəsul Çunayevə vəzifə verildi

Rəsul Çunayevə vəzifə verildi

28 Yanvar 2026, 17:34
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

28 Yanvar 2026, 17:32
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı – “Evlənəcəklər…”

28 Yanvar 2026, 17:31
İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

İsa Həbibbəylidən istefası ilə bağlı xəbərə SƏRT REAKSİYA

28 Yanvar 2026, 17:28
“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

“TikTok”da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu

28 Yanvar 2026, 17:25
Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

Azad Məcidova hakim pensiyası verilmir – 4 881 manatdan narazıdır

28 Yanvar 2026, 17:21
Bayramov çinli həmkarı ilə görüşdü

Bayramov çinli həmkarı ilə görüşdü

28 Yanvar 2026, 17:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.