26-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ukrayna rus ordusuna ağır zərbələr vurur

11 İyun 2024, 12:47
Dünya, Manşet
A A
Ukrayna rus ordusuna ağır zərbələr vurur

İki il dörd aydır sürən ağır döyüşlərdə Rusiya ordusu canlı qüvvə daşıyan 4 minədək zirehli maşın və piyadaların döyüş maşınını itirib. Hər iki zirehli maşın növündən canlı qüvvəni döyüş meydanına daşımaq üçün istifadə edilir.

“Forbes” jurnalı “Oryx” holland hərbi təhlil saytına istinadən yazır ki, bu, orta hesabla ayda 150 rus zirehli hərbi maşınının məhvi deməkdir.

Rusiya 2022-ci ilin fevralında tammiqyaslı savaş başladandan bəri Ukraynanın toplam minə yaxın zirehli döyüş maşını sıradan çıxarılıb.

Ötən ay Rusiyanın itkiləri kəskin artıb. Təhlilçi Endryu Perpetua deyir ki, Rusiya ötən ay 288 zirehli transportyor və piyadaların döyüş maşınını itirib. “Bu, yalnız görə və saya bildiklərimizdir”, – deyə o vurğulayıb.

Baş verənlər göz önündədir. 1126 kilometrlik cəbhə xəttinin ən qanlı hissələrindən biri Ukraynanın şərqindəki Avdeyevka şəhəridir. Bu şəhərin xarabalıqları ətrafında ukraynalılar döyüş meydanına daha yaxşı, ruslarsa daha pis maşınlar çıxarırlar. İkisi toqquşarkən ruslar ağır itki verirlər. Son bir ayda sosial mediada paylaşılan iki video zirehli maşınlarla bağlı qeyri-tarazlığı qrafik şəkildə göstərir. Hər iki halda Ukraynanın Amerika istehsalı olan “M-2 Bradley” piyada döyüş maşını Rusiyanın zirehli transportyorlarını məhv edir. Bu iki toqquşmada onlarla rus əsgərinin ölməsi ehtimalı böyükdür.

Mayın 2-dən öncə baş verən birinci döyüşdə Rusiyanın köhnə “MT-LB” zirehli traktorlarından biri Avdeyevkanın qərbində sürətlə Ukrayna xəttinə tərəf hərəkət edir və özü ilə partlayıcı dronlar daşıyır. Onun üzərində 6-yadək piyada əsgər var. Onu ABŞ-nin Ukraynaya verdiyi 1990-cı illərə aid vintaj “M-2” döyüş maşını qarşılayır.

Dəstək maşını kimi dizayn olunmuş, zirehi nazik, ağır silahları da az 13 tonluq “MT-LB” heç vaxt canlı qüvvəni birbaşa döyüş meydanına daşımaq üçün nəzərdə tutulmayıb. Ancaq bu vaxtadək minlərlə BMP itirən rusların piyadaları daşımaq üçün zirehli maşın kimi zirehli traktorlardan istifadə etməkdən başqa çarəsi qalmayıb.

34 tonluq bu maşının dəqiq və sürətli 25 millimetrlik avtotopu, sərnişinləri və heyəti qoruyan effektiv zirehi var. Videoda M-2-nin üç nəfər heyət üzvü “MT-LB”ni aşkar edərək atəş açır. Rus piyadaları MT-LB-lərini yerindən sıçradır və “Bradley”nin 25 millimetrlik topları bu traktoru məhv edir. “”M-2 Bradley” bu işin necə görüldüyünü nümayiş etdirir”, – Ukrayna Müdafiə Nazirliyinin açıqlamasıdır.

Təxminən bir ay sonra buna bənzər daha bir hadisə baş verir. Rusiyanın iki “BTR-82” təkərli zirehli transportyoru Avdeyevka ətrafında Ukrayna xəttinə doğru hərəkət edir. Transportyorun dron əleyhinə qəfəslərinə onlarla əsgər sığınıb.

15 tonluq “BTR-82” “MT-LB”dən yenidir və silahlarla da daha yaxşı təchiz edilib. Ancaq o da “M-2” ilə birbaşa döyüşdə eyni dərəcədə zəifdir. Ukrayna dronu BTR-ləri üzə çıxarır. “M-2” pusqu qurmaq üçün əlverişli mövqeyə keçərək, rus maşını qorunmasız halda açıq sahəyə keçərkən, əlverişli mövqe seçib atəş açır.

Döyüşü əks etdirən videoda BTR-in üstündə gedən əsgərlər 25 millimetrlik güllələrə tuş gəlirlər. Maşınlardan biri sıradan çıxır. Əsgərlərin bədənləri havaya uçur. Sağ qalanlar qaçaraq mərmilərin yaratdığı çuxurlarda gizlənməyə çalışırlar.

“Biz bir daha göstəririk ki, yalnız çağdaş texnologiyalar və Amerika silahlarından ustalıqla istifadə döyüş meydanında ciddi üstünlük qazandırır”, – 47-ci mexanikləşdirilmiş briqada öz sosial media hesablarından birində belə yazır.

Doğrudan da, ukraynalılar ötən ilin əvvəllərində özlərinin 300 “M-2” maşınından birinci partiya əldə edəndən bəri onlardan 40-a yaxınını itiriblər. Ortalama itki sayı ayda iki “Bradley”dir. Ukraynalılar həmin maşınla işləməyi daha yaxşı öyrəndikcə, bu göstərici sabit qalıb.

47-ci mexanikləşdirilmiş briqada bu vaxtadək Ukrayna ordusunun “M-2” işlədən tək hərbi birləşməsi idi. Ancaq ötən ay yüzədək yeni “M-2” alındığından Kiyevin Baş Qərargahın daha bir briqadasını bu maşınlarla təchiz etmək imkanı var. Bu da Ukraynanın Rusiya üzərində zirehli maşın üstünlüyünə sahib olduğu cəbhə sektoru sayını iki dəfə artıra bilər.

Amerikalıların daha çox “M-2” göndərə bilməməsi üçün heç bir səbəb yoxdur. ABŞ ordusu artıq “Bradley” maşınlarının bu modelindən yararlanmır. Minədək belə maşın ordunun anbarlarında saxlanmış olmalıdır. Bu cür anbarlardan biri Kaliforniyada yerləşir və orada hazırda 500-dək köhnə “M-2” var.

Əvvəlki yazı

“Accessbank” borc içində batır

Sonrakı yazı

Əmi, dayı və xala uşaqlarının nikahı qadağan ediləcək

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.