Kiyev vilayətinin Buça rayonu ərazisində Rusiyaya məxsus Su-34 qırıcı-bombardmançısı vurulub.
Reportyor.info xəbər verir ki, bu barədə Kiyev vilayət administrasiyasının rəhbəri Aleksandr Pavlyuk deyib.
“Kiyev vilayətinin səmasını öz gücümüzlə bağlayırıq. Saat 08:15 radələrində Buça rayonunda Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Su-34 qırıcı-bombardmançısını vurublar. Təyyarə “Stinger”lə məhv edilib”, – Pavlyuk bildirib.
Discussion about this post