Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya ordusunun gecə saatlarında bütün Ukrayna ərazisinə raket hücumları təşkil etdiyi bildirilib.
Paytaxt Kiyev, Odessa və digər bölgələri hədəf alan hücumlarda Rusiyaya məxsus 30 qanadlı raketdən 29-nun vurulduğu bildirilib.
Raketlərdən 6-nın “Kalibr”, 2-nin isə “İsgəndər” raketi olduğu bildirilib. Həmçinin 4 pilotsuz uçuş aparatının məhv edildiyi vurğulanıb.
1 HƏYAT İTKİSİ
Ukraynanın Cənub Əməliyyat Komandanlığından verilən açıqlamada Qara dəniz sahilində Odessaya raket hücumu nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı açıqlanıb.
class=”medianet-inline-adv”>
Kiyevdə isə vurulan raketin qalıqları yanğına səbəb olub, insan itkisi olmayıb. Kiyevə hücum Rusiyanın bu ay paytaxta 9-cu hücumu olub.