Rusiya Təhlükəsizlik Şurasının (SB) vitse-prezidenti Dmitri Medvedevin sosial mediada paylaşdığı xəritələr gündəm yaradıb.
“Unikal” xəbər verir ki, Ukraynanın Rusiya, Polşa, Rumıniya və Macarıstan olmaqla 4 ölkə tərəfindən bölündüyünü iddia edən Medvedev paylaşdığı Avropa xəritəsinə “Qərb analitiklərinin gözlədiyi gələcək” qeydini atıb.
Bu paylaşımın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli silahlar göndərməsi ilə Rusiyanın coğrafi hədəflərinin genişlənəcəyini açıqlamasından bir neçə gün sonraya təsadüf etməsi diqqət çəkib.O, Qərb analitiklərinin belə bir gələcəyi gözlədiyini vurğulayıb.
Belə ki, Medvedev “Psixotrop maddələrin təsirinə məruz qalmış Ukrayna prezidentinin ağlında ölkəsinin parlaq gələcəyinin aşağıdakı mənzərəsi…”