08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ÜGT katibi bunları bilirmi? – gömrükdə talanan 20 milyard və Səfər Mehdiyevin inhisarçı bacanaqları…

13 İyun 2019, 14:15
Gündəm
A A
ÜGT katibi bunları bilirmi? – gömrükdə talanan 20 milyard və Səfər Mehdiyevin inhisarçı bacanaqları…

Bakıya 91 ölkənin gömrükçüləri toplaşıb. Onlar iyunun 14-nə kimi keçirilən konfransda islahatları müzakirə edirlər, kölgə iqtisadiyyatının təsirlərinin azaldılması yolları arayırlar, Azərbaycanda gömrük orqanlarında şəffaflığın artırılmasından ağız dolusu danışırlar.
Amma tədbirin təşkilatçısı olan Ümumdünya Gömrük Təşkilatı nümayəndələri haradan bilsinlər ki, son 20 il ərzində gömrükdə 20 milyard manat mənimsənilib.
Bəli, bəli, 20 milyard oğurlanıb və bu rəqəmi “şər” mətbuatı, “qara qüvvələr” yox, deputat Vahid Əhmədov ötən il zəlzələ effekti yaradan açıqlamasında bəyan edib.
Anaxeber.info məlumat verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə konfrans iştirakçılarına Azərbaycan gömrüyündə gedən islahatlardan elə danışır, elə danışır…
Sanki mənimsənilən 20 milyard uzaq Liviyada ya da Burkina – Fasoda olub, bizə heç bir aidiyyəti yoxdur.
Axı ÜGT-nin baş katibi Kunio Mikuriya nə bilsin ki, S.Mehdiyevin illərlə DGK sədrinin müavini olduğu zamanda, keçmiş şefi Aydın Əliyevin vaxtında, habelə daha köhnə əyyamlarda gömrükdən büdcəyə qəpik-quruşlar daxil olub, V.Əhmədovun dediyi kimi, ilinə 1 milyard talanıb.
Əslində, deputatın açıqladığı rəqəm təxminiydi, korrupsiyanın miqyasının daha katostrofik olduğu proqnoz edilir. Nəticə etibarı ilə büdcə pulları dağıdılıb, gömrükdə şəffaflıq sıfır səviyyəsinə enib.
Və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”ndə iştirak edən xarici qonaqlar, koreyalılar S.Mehdiyevin kölgə iqtisadiyyatının şaxələnməsində hələ müavin postunda ikən necə rolu olduğundan məlumatsızdırlar.
Onun inhisarçı biri olmasını bilmək üçün internet resurslarında axtarış vermək və xarici dilə çevirmək yetərlidir.
Ümumiyyətlə, gömrük orqanlarında arzulanan islahatlar qənaətbəxş olmadı. Gözlənilirdi ki, monopoliya aradan qalxacaq.
Hətta S.Mehdiyev bir manat rüşvət alan olsa istefa verəcəyini, daha da irəli gedərək həbs olunmağa razılaşdığını bəyan edirdi.
Amma bu gün gömrükdə köhnə qaydalar qüvvədədir. V.Əhmədovun 20 milyard manat mənimsəmə ittihamı isə araşdırılmamış qaldı.
Doğrudur, Dövlət Gömrük Komitəsinə yeni sədr təyin olunandan sonra Azərbaycanda gömrük sahəsində cüzi müsbət irəliləyişlər gözə çarpmaqdadır. Ancaq köhnə dövrdə əsası qoyulmuş monopoliya və inhisarçılıq halları hələ davam edir.
Misal üçün bir monopoliya faktını göstərək:
Anaxeber.info məlumat verir ki, prezidentin gömrük orqanlarında şəffaflığın təmin edilməsi istiqamətində daha intensiv, effektiv reformalar gözləntisi varıydı. Dövlət başçısı sahibkarlara nəfəslik verilməsini tələb edirdi. Ən əsası iş adamları idxal etdiyi mallara görə qeyri-rəsmi rüsumlardan azad olunmalıydı. Hərgah, S.Mehdiyev Hindistandan ölkəmizə gətirilən bütün ət məhsullarının monopolistidir.
Hindistandan mal ətinin idxalı və satışı ilə S.Mediyevin yaxın adamı olan Gündüz adlı şəxs məşğul olur.
“Babək” və “Orxan” şirkətlərinin sahibi olan Gündüz adlı bacanaq Hindistandan ölkəmizə idxal olunan ətlərinin monopolistidir.
Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib.
S.Mehdiyevin digər bacanağı Azər isə Azərbaycana gətirilən avtomobil mühərriki yağlarını monopoliyasına alıb. O, həmçinin, böyük transport şirkətinin sahibidir.
Bu şirkət isə Azərbaycana elə adamların yüklərini gətirir ki, həmin adamlar gömrükdə kimə nə qədər rüşvət verəcəklərini əvvəlcədən bilirlər. Bu şirkət gömrükdə haqqını tələb edən heç kimin malını ölkəyə gətirmir.
Bir neçə dəfə tanımadığı müştərilərin yüklərini daşıyan şirkət rəhbərliyi gömrükdə onların haqq tələb etməsinin və rüşvət verməkdən imtinasının ardından bu cür müştərilərlə işləməkdən vaz keçiblər.
Çoz uzağa getməyə ehtiyac yoxdur, elə öz bacanaqları gömrükdə baş inhisarçılardırlar. Sahibkarlar isə sadəlövh şəkildə inanırlar ki, yeni gömrük şefi islahatlar aparacaq.
Axı necə, S.Mehdiyev özü müavin olarkən təmiz işləməyib. Amma “utanmasan oynamağa nə var ki” – gömrük şefi Ümumdünya Gömrük Təşkilatının (ÜGT) “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”ndə islahatlardan danışır…
Mirzə Dadaş, Anaxeber.info üçün

Əvvəlki yazı

Ayətullah Xamnəi Donald Trampa dirsək göstərdi:”ONA HEÇ BİR CAVAB VERMƏYƏCƏYƏM”

Sonrakı yazı

Korrupsioner Azərbaycana uçmaq istəyirdi, saxladılar

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.