Ucarda Səlyəddin Vahidov itkin düşüb.
Reportyor.info DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə 2022-ci il dekabrın 24-də baş verib.
Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla, müvəqqəti olaraq Ucarda yaşayan Səlyəddin Vahidovun ailə üzvləri polisə müraciət edib.
S.Vahidovun əlamətləri belədir: boyu 175 sm., qısa qara saçlı (yan tərəfləri ağarmış), arıq bədən quruluşludur.