10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Üç sabiq məmurun fəaliyyəti yoxlanır – ağır cəza olacaq

08 May 2018, 09:26
Cəmiyyət
A A
Üç sabiq məmurun fəaliyyəti yoxlanır – ağır cəza olacaq

Səlim Müslümovun, Heydər Əsədovun və Əli Həsənovun rəhbərlik etdikləri qurumlarda total araşdırmalar başlayıb; dövlətin milyardlarla manatını oğurlamış sabiq nazirlər təlaşda

Prezident seçkilərindən sonra hökumətdə baş verən dəyişikliklərin dəyişiklik olaraq qalmayacağı, bir sıra qurumlarda yol verilən qanunsuzluqlara görə ciddi cəzalanmaların olacağı barədə məlumat vermişdik.

Gələn xəbərlər göstərir ki, bununla bağlı redaksiyamıza verilən məlumatlar həqiqəti əks etdirir. Belə ki, son günlər yayılan xəbərlərə görə, hazırda Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ciddi araşdırmalar aparılır. Araşdırmaların gedişində ciddi faktların aşkarlandığı, hər üç qurumun rəhbər şəxsləri arasında həbslərin olacağı qeyd edilir (modern.az).

Onu da qeyd edək ki, seçkilərdən sonra rəhbərləri dəyişən 2 qurumda – Dövlət Miqrasiya Xidməti və Diasporla İş üzrə Dövlət Komitəsində yol verilən qanunsuzluqlar barədə birbaşa Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məlumat verib. O, yeni rəhbərlərin kollektivə təqdimatı zamanı çıxışında Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində ciddi qüsurların olduğunu, ayrılan vəsaitlərin təyinatından yayındırıldığını qeyd edib. Bundan əlavə, miqrasiya orqanlarında da korrupsiyanın olduğunu bildirib.

Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindəki problemlər barədə rəsmi açıqlamalar olmasa da, yoxlamaların başladılması xəbərlərinin yayılması, bir sıra istiqamətlərdə artıq üzə çıxarılan faktların ictimailəşdirilməsi bu qurumlarla bağlı daha ciddi ölçülərin götürüləcəyindən xəbər verir.

Onu da qeyd edək ki, bir neçə gün öncə mötəbər mənbələrdən aldığımız məlumat əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan 2-2,5 milyard manatın yoxa çıxması barədə material dərc etmişik. Həmin məlumatda fondda uzun illərdən bəri işləyən və vəsaitlərin uçotdan yayınmasını təmin edən  mexanizmin üstünün açıldığı qeyd olunur. Hansı ki, həmin mexanizm sayəsində uzun illər boyu milyardlarla manat vəsaitin büdcəyə ödənişinin qarşısı alınıb. Fond rəhbərliyinin bu mexanizmdən xəbərsiz qalması qeyri-mümkün olduğuna görə böyük ehtimalla, quruma uzun illər rəhbərlik etmiş, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da araşdırmalara cəlb olunacaq.

Səlim Müslümovun, ile ilgili görsel sonucu

Bundan əlavə, uzun illər boyudur Azərbaycanda əlillik təyinatı, ünvanlı sosial yardıma çıxışla bağlı çox ciddi problemlər davam edir. Bu iki sahədə korrupsiya imkanları nəinki aradan qaldırılmır, əksinə, rüşvətin məbləği ildən-ilə artır. Təsadüfi deyil ki, yeni gələn nazirin qurumun rəhbər heyəti ilə keçirdiyi ilk görüşləri məhz bu iki sahəyə həsr olunmuşdu. Nazir Sahil Babayev hər iki sahədə şəffaflığın təmin olunacağını vurğulamaqla, əslində bunun indiyədək olmadığını söyləmiş oldu. Bu baxımdan, yoxlamaların bir istiqamətinin də əlilliyin və ünvanlı sosial yardımın təyinatı sistemini əhatə edəcəyi şübhə doğurmur.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də fəaliyyəti cəmiyyətdə ən çox narazılıq doğuran qurumlardan biridir. Qarabağ müharibəsində atəşkəs elan olunandan bəri keçən 24 ilin 20-də bu quruma Əli Həsənov rəhbərlik edib. Onun özünün verdiyi statistikaya inansaq, bu illər ərzində bütün mənbələr hesabına Azərbaycanda qaçqın və məcburi köçkünlərə 6 milyard manatdan yuxarı vəsait sərf olunub. Bu vəsaitin böyük bir hissəsini Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan pullar təşkil edir. Hansı ki, uzun illərdir bu sahədə ciddi mənimsəmələrin olduğu, qiymətlərin şişirdildiyinə dair müxtəlif araşdırmalar açıqlanır, faktlar ortaya qoyulur. Həmin faktlar bu istiqamətə ayrılan pulların xeyli hissəsinin mənimsənildiyindən xəbər verir. Qaçqınlara ayrılan yardımlardan, yemək və kommunal xərclərdən mənimsənilən yüz milyonlarla manatı da nəzərə alsaq, başladılan yoxlamaların heç də nəticəsiz qalmayacağını söyləyə bilərik.

Heydər Əsədov ile ilgili görsel sonucu

Kənd Təsərrüfatı Nazirliyinə gəlincə, son illərdə büdcədən ən çox vəsait alan qurumlardan biri də məhz bu nazirlikdir. Kənd təsərrüfatının prioritet elan olunduğu, aqrar istehsalçılara ildə yüz milyonlarla manat subsidiyanın ayrıldığı bir dövrdə quruma rəhbərlik edən Heydər Əsədov oradakı mənimsəmə mexanizmlərindən əvvəlcədən məlumatlı idi. Belə ki, Hesablama Palatasının sədri olanda H.Əsədov Kənd Təsərrüfatı Nazirliyinin özünü, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Fitosanitar Nəzarəti Xidməti kimi qurumlarını yoxlamışdı. Bu yoxlamalar zamanı aşkarlanan korrupsiya mexanizmləri H.Əsədova yaxşı tanış idi. Buna görə də nazir olan kimi adları çəkilən qurumların rəhbərlərini, hətta regional və rayon şöbələrinin rəislərini də dəyişib öz komandasını formalaşdırdı. Nəticədə, komanda dəyişsə də, mənimsəmə mexanizmi olduğu kimi qaldı. Sahəyə yönəldilən vəsaitlərin həcmini təsəvvür etmək üçün qeyd edək ki, yalnız “Aqrolizinq” ASC-nin ötən ilki büdcəsi 350 milyon manata yaxın olub. Digər qurumların büdcələrini, üstəlik, aqrar istehsalçılara ayrılan subsidiyaları da əlavə etdikdə illik 1 milyard manata yaxın vəsait alınır. Bu vəsaitlərin isə xeyli hissəsi təyinat nöqtəsinə çatmır…

Yoxlamaların nəticəsi olaraq Səlim Müslümovla Heydər Əsədovun ciddi cəzalandırılacağı tamamilə mümkün görünür. Üstəlik, onları müdafiə edən “zireh” – vəzifə əllərindən alınıb.

Əli Həsənov ile ilgili görsel sonucu

Əli Həsənova gəlincə… Onun vaxtilə rəhbərlik etdiyi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi indiyədək ən çox korrupsiyaya bulaşmış qrumlardan biri kimi təqdim edilir. Onun hazırda baş nazirin müavini postunda qalması cənab Həsənovu ciddi cəzalanmadan sığortalayır. Amma araşdırmalar nəticəsində ortaya ciddi yeyinti faktları çıxarsa (bəlkə də artıq çıxıb-red.), Ə.Həsənovun qeyri-rəsmi formada cəzalandırılacağı, daha doğrusu, dövlətdən oğurladıqlarının əlindən alınacağı istisna edilmir.

TURQUT,
“Yeni Müsavat”

Əvvəlki yazı

Aparıcı Elçinin xanımı ərini belə müdafiə etdi: “Aşttttt…” /FOTOFAKT

Sonrakı yazı

Gülər Əhmədovadan Elçin Əlibəyliyə ETİRAZ – ”özünü kişi sayan birisi”…

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.