10-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Üç ölkənin Avrasiya İqtisadi Birliyi spekulyasiyaları – Təhlil

02 Oktyabr 2019, 14:26
Dünya, Manşet
A A
Üç ölkənin Avrasiya İqtisadi Birliyi spekulyasiyaları – Təhlil

Viktoriya Panfilova

Nezavisimaya gazeta, 01.10.2019

 

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və iranlı həmkarı Həsən Ruhani İrəvanda Avrasiya İqtisadi Birliyi (AİB) sammiti meydanlarında əməkdaşlıq məsələlərini müzakirə ediblər – o cümlədən İranın oktyabrın 27-dən hələlik azad ticarət zonası çərçivəsində iştirakçısı olacağı AİB əməkdaşlığı prizması üzərindən. Lakin Tehranın inteqrasiya birliyinin tamhüquqlu üzvü olmaq planı var. Nur-Sultanda bu ideyanı dəstəkləmirlər.

Tokayev və Ruhani İrəvanda danışıqların gedişində Avrasiya İqtisadi Birliyi ilə qarşılıqlı fəaliyyəti möhkəmlətməyin zərurətindən danışıblar. Akordanın saytı məlumat verib – iki ölkə liderinin söhbətdə toxunduğu əsas məsələlər ticari-iqtisadi, nəqliyyat-logistika və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığa aiddir. Prezidentlər iki ölkə arasında mümkün bütün yönlərdə əlaqələri tədricən genişləndirməyi davam etdirməyin zəruri olduğu haqda uzlaşıblar. Xüsusən də Qazaxıstan və İran arasında mal dövriyyəsi son zamanlar düşdüyü və 600-700 milyon dollar hüdudunda tərəddüd etdiyi üçün.

Həsən Ruhani Ermənistan paytaxtına uçuş ərəfəsində bildirib ki, AİB-ə birləşmək Birləşmiş Ştatların İrana “maksimal basqı” siyasətini davam etdirdiyi bir şəraitdə olduqca önəmli addımdır. Ruhani vurğulayıb: “AİB ilə müvəqqəti sazişə girdikdən sonra İranın 500-dən çox adda malı xüsusi güzəşt şərtlərindən faydalana bilər”.

Saziş üç ilə nəzərdə tutulub. Lakin Tehranda ticarət sazişinin bitməyini gözləməmək, artıq gələn il danışıqlara başlamaq və ATZ haqda daimi saziş bağlamağa keçmək, ya da İranın AİB-ə girişi prosesinə başlamaq qərarına gəliblər. İranın ali lideri Əli Xamnəi əvvəllər ümidini ifadə edib ki, İran gələcəkdə AİB-in tamhüquqlu üzvü olacaq. Xamnəi bildirib: “İranın AİB-ə üzvlüyü İİR-lə ümumi mədəniyyət və tarixi olan ölkələrdə milli məhsulları gerçəkləşdirmək imkanı verər. Bu gün İİR-in birlik ölkələrinin çoxu ilə mal dövriyyəsinin olduqca aşağı olduğu nəzərə alınsa, bu, “müqavimət iqtisadiyyatı” şəraitində prioritet vəzifədir”.

Rusiya EA İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev İranın AİB ölkələri ilə işbirliyi imkanlarını dəyərləndirərək qeyd edib ki, ATZ çərçivəsində İran və AİB arasında qarşılıqlı ticarət genişlənəcək. Karavayev “NG”-yə deyib:

“AİB İran üçün 502 mövqedə idxal rüsumlarını aşağı salıb. Bu, sovetsonrası məkanda ən çox tələb olunan mallara, ərzaq sahəsində püstə, xurma, əncir, kişmiş, krevetə aiddir. Habelə qab, məişət kimyası və xalçalara. Sanksiyalar şəraitində valyuta axını İran iqtisadiyyatına kəskin şəkildə gərəkdir və daha sabit iş yerləri yaradar.

İran öz növbəsində 864 mala rüsumları aşağı salacaq. AİB ölkələri dərman, kimya məhsulları, kağız, tekstil, poladəritmə sənayesi məhsulları, mexaniki və elektrik avadanlıqlarının müxtəlif növləri, avtomobillərin ixracını artıracaq. İxracatın ümumi həcmi 73 %-ə  yüksələ bilər. Qazaxıstanın arpa, polad yaymalar, raps tumları və qoyun əti ixracatı aşkar şəkildə çoxalar”.

Avrasiya Komissiyasının proqnozlarına görə, AİB-İran ATZ-dən ən böyük ÜDM artımı  Rusiyada gözlənilir – 1,3 milyard dollara yaxın, Qazaxıstanda 508,6 milyon dollar, Belarusda göstəricilər artımı 78,6 milyon dollar, Ermənistanda 27 milyon dollar, Qırğızıstanda 12 milyon dollar təşkil etməlidir.

Qazaxıstanla ticarət və gömrük sahəsində ayrıca sazişlər bağlanıb. Ermənistanda “Mehri” azad iqtasadi zonası (AİZ) İranla ticarətə fəal cəlb olunub: iranlı istehsalçılar xammalı AİZ-ə daşıya və AİB bazarlarına tədarük üçün hazır məhsul ala bilərlər.

Belaruslar öz maşınqayırma məhsullarının tədarükündə maraqlıdır və hüquqi məhdudiyyətləri sürətlə götürürlər. Lakin ikitərəfli layihələrin əsas payı Rusiyaya düşəcək. Rusiya İxracat Mərkəzinin (RİM) sorğusunun nəticələrinə görə, AİB-in İranda 76 perspektiv və gerçəkləşdirilən layihələrindən 63-ü  Rusiyanın, 5-i Qırğızıstanın, hər birinə 4-ü Qazaxıstan və Belarusundur. Logistikaya gəlincə, ekspertin hesab etdiyi kimi, burada Azərbaycanla Astarada müəyyən müsbət tərpənişlər var (İranı Rusiyaya bağlayan dəmiryol xəttində taxıl anbarı və hazır məhsul üçün anbar qurulub).

İranla ATZ hər iki tərəfin ticarəti çətinləşdirən bir sıra problemləri olan nəqliyyat-logistika infrastrukturunun inkişafı üçün böyük təkan rolu oynayacaq. ATZ yaradılması ilə bağlı ticari-iqtisadi cazibənin yeni nöqtəsi qurulacaq ki, bu da birinci növbədə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında müsbət əksini tapmalıdır.

Dəniz yolu dəhlizin İran və Rusiyanı birbaşa birləşdirən Xəzər dənizi üzərindən inkişafını nəzərdə tutur. İnkişaf quru yolda Gürcüstan və Ermənistan, ya da Azərbaycan üzərindən dəmiryol tranzitinin təşkilini əldə edə bilər. Bununla yanaşı, AİB ölkələrində ABŞ-ın sərt sanksiyaları altında olan ölkə ilə işbirliyinin minuslarını da hesablayırlar.

AİB ölkələri ATZ çərçivəsində işbirliyinə etiraz etməsə də, İranın AİB-ə girməyindən danışmaq hələlik  çox tezdir. Politoloq Janar Tulindinovanın “NG”yə dediyi kimi, xüsusən Qazaxıstan İranın bu təşkilata üzvlüyü ideyasını bəyənmir. Tulindinova qeyd edib:

“Bu, AİB-in beynəlxalq ictimaiyyətin gözündə qaçılmaz şəkildə siyasiləşməsinə və həm Rusiyanın, həm də İranın “kollektiv Qərb”lə qəliz münasibətləri nəzərə alınmaqla hansısa antiqərb koalisiyasına transformasiyasına səbəb olur, bu, Qazaxıstan üçün isə son dərəcə arzuolunmaz effektdir.

Qərblə ticari-iqtisadi işbirliyi Qazaxıstan üçün olduqca həssas mövzudur, çünki AB Qazaxıstan karbohidrogenləri ixracatının əsas istiqamətidir, amerikalıların payının 75% təşkil etdiyi “Tenqizşevroyl” şirkəti isə Qazaxıstanda ən böyük vergi ödəyicisidir.

Deyilməlidir ki, Qazaxıstanda Avrasiya xofunun qaynaqlarından biri Qərbin Rusiyaya münasibətdə sanksiyaları, daha doğrusu, bunun AİB-ə üzv başqa ölkələrin iqtisadiyyatına təsiri, daha dəqiq olsaq, sanksiyaların bütün təşkilata keçirilmə riski idi”.

Onun fikrincə, İranın Qərblə sanksiya qarşıdurmasının fəal iştirakçısı olduğu nəzərə alınsa, onda bu vahimə yalnız güclənir. Deyilməlidir ki, Qazaxıstanda Avrasiyaya şəkk edənlərin əsas arqumentlərindən biri AİB-ə iqtisadi birlik kimi deyil, siyasi ittifaq kimi yanaşılması  əndişəsidir (Qazaxıstan AİB-in fəaliyyətini iqtisadi gündəliklə məhdudlaşdırmağa israr edir).

Rusiyanın şərti “didərgin ölkələr”i AİB-ə daxil etməkdə istənilən təkidi Qazaxıstanın ictimai gündəliyindəki antiavrasiya əhvalını yalnız gücləndirməyə qabildir.

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

Qənirə Paşayeva Özbəkistanda

Sonrakı yazı

Füzuli Ələkbərov “Lombard Məlahət”i məhkəməyə verdi

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

Gəncədən Kəlbəcərə ilk avtobus reysi açıldı – Fotolar

09 Sentyabr 2025, 13:20
Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

Santuşu Abbasov, onu da köməkçisi əvəzləyəcək

09 Sentyabr 2025, 13:18
Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü

08 Sentyabr 2025, 17:31
Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

Prezident Samir Şərifovu Təşkilat Komitəsinin sədri təyin etdi

08 Sentyabr 2025, 17:29
TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

TƏBİB-in elektron sistemində problem yarandı – Açıqlama

08 Sentyabr 2025, 17:26
Türkiyədə ard-arda 2 zəlzələ oldu

Türkiyədə ard-arda 2 zəlzələ oldu

07 Sentyabr 2025, 15:08
DİM əlavə imtahanlar keçirdi

DİM əlavə imtahanlar keçirdi

07 Sentyabr 2025, 14:03
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

07 Sentyabr 2025, 14:01
Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

Biləcəridə sərnişinlərin həyatını xilas edən sürücü danışdı (VİDEO)

07 Sentyabr 2025, 13:58
Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

Keçmiş nazirin həyat yoldaşı Avropadakı biznesini Böyük Britaniyaya köçürüb

07 Sentyabr 2025, 13:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.