İki ay ərzində təlim keçmiş tutuquşular bu müddət ərzində bilərəkdən 147 çağırış etməyi bacarıblar. Video zəng edən heyvanların daha çox sosial davranışlar sərgiləməyə başladığını deyən tədqiqatçılar bu yolla tənhalıqdan xilas olduqlarını bildiriblər. Tədqiqatçılar ümid edirlər ki, texnologiya “ağıllı” heyvanların bir-biri ilə əlaqə saxlamasına imkan verəcək. ABŞ-ın Şimal-Şərqi Universitetinin tədqiqatına töhfə verən Dr. Cennifer Cunha, “Tutuuquşular ekrandakı digər quşlarla real həyatda olduğu kimi davranırdılar” dedi. Tutuquşuların çox sosial canlılar olduğu bilinir.