Avropanın ən çox satılan kommersiya vasitələrindən biri olan Transit-in yeni və elektrik üzvü olan E-Transit Courier-in dizaynı və mühəndisliyi türklərə həvalə edilib. Ayça Odabaşı Uyanıkın rəhbərlik etdiyi 30 türk mühəndisdən ibarət komanda modelin diqqətçəkən dizaynında mühüm rol oynayıb. Avtomobil indi Avropa yollarında, xüsusən də Türkiyədə çıxmaq üçün günləri sayır.