03-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Türklər erməniləri və rus bazasını silib-süpürəcək…” – Felgenhauer

30 İyul 2020, 14:13
Gündəm, Manşet
A A
“Türklər erməniləri və rus bazasını silib-süpürəcək…” – Felgenhauer

Azərbaycan və Türkiyə silahlı qüvvələrinin dünən iyulun 29-da başlayan misli görünməmiş miqyasda birgə manevrləri Ermənistanla yanaşı Rusiya ekspert-siyasi dairələrində də ciddi narahatlıqla izlənməkdədir.

Xəbər verildiyi kimi Türkiyə ordusu bu təlimlərdə iştirak etmək üçün bəzi məlumatlara görə 11 minlik canlı qüvvə, çoxsaylı zirehli texnika və reaktiv yaylım atəşi sistemləri, o cümlədən hücum vertolyotları göndərib. Manevrlər Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinin ardınca keçirilir.

Türkiyə hərbi-siyasi rəhbərliyi Ermənistanın təcavüzkar addımlarına cavab olaraq birmənalı şəkildə Azərbaycana dəstəyini ifadə edib və indi bu  təlimlərlə mesaj vermiş olur ki, hərbi əməliyyatlar başlasa Azərbaycanın tərəfində döyüşməyə hazırdır.

Reportyor.info xəbər verir ki, “Rosbalt” agentliyi hərbi ekspert Pavel Felgenhauerdən bu təlimlər və Ermənistanla Azərbaycan arasında mümkün irimiqyaslı müharibənin Türkiyə ilə Rusiya arasında hərbi qarşıdurmaya keçmək riskləri barədə soruşub.

Ekspert deyir ki, Türkiyə ordusunun iri qruplaşmasının Naxçıvana və Azərbaycanın digər ərazilərinə yeridilməsi heç də Azərbaycana mənəvi dəstək nümayiş etdirmək deyil. “Ərdoğan və onun müdafiə naziri deyirlər ki, nəsə olsa Azərbaycanın tərəfində döyüşəcəklər. Beləliklə, onlar öz mövqelərini ortaya qoyublar. Yeri gəlmişkən bu mövqe həmişə belə olub”,-o deyib.

Bəs Türkiyə işə qarışsa Rusiyanın buna reaksiyası necə olacaq? Felgenhauer deyir ki, hadisələrin bu cür inkişafı Moskva ilə birbaşa müharibə təhdidi yaradacaq. Çünki Rusiya Ermənistanı türklərdən qoruyacaq. Gümrüdəki hərbi bazada elə bunun üçündür.

Ekspert hesab edir ki, Ermənistanın KTMT-nin hərbi dəstəyinə arxalanması fiksiyadır. Çünki nə Qırğızıstan, nə Tacikistan, nə Belarus Qafqazda vuruşmayacaq. Ona görə də Ermənistanın köməyinə təkcə Rusiya gələcək.

“Üstəlik Ermənistanda yerləşən Rusiya qoşunları heç də tam olaraq ruslardan ibarət deyil, şəxsi heyətin 90 faizi ermənilərdir. Köhnə imperiya ənənəsidir-xidmət üçün yerliləri muzdla cəlb etmək. Bu, sadəcə olaraq Rusiyadan muzdluları təyyarələrlə daşımaqdan ucuz başa gəlir.

İstənilən halda orada cəmi bir motoatıcı briqada var, təxminən 4 minə yaxın adam. Bundan əlavə bizim orada MiQ-29 təyyarələrindən ibarət aviasiya dəstəmiz, zenit-raket komplekslərimiz də yerləşir. Lakin bütövlükdə bunlar Türkiyənin sərhədin o tərəfində dayanan 3-cü ordusu ilə müqayisədə olduqca simvolik döyüş qüvvəsidir.

Bizim Ermənistandakı qruplaşmanı gücləndirmək imkanlarımız kifayət qədər məhduddur. Çünki nəsə olsa gərək Gürcüstan ərazisindən keçəsən. Gürcülər isə buraxmaya bilər, o zaman onların ərazisini döyüşlə keçmək lazım gələcək…

Əlbəttə, havadan əlavə qüvvə də daşımaq mümkündür. Lakin hava yolu ilə tank və motoatıcı briqadaları daşımaq mürəkkəbdir. Üstəlik türklərin çox müasir və güclü aviasiyası var.

Ümumən, orada hərbi əməliyyatlar başlasa türklər erməni qüvvələrini də, Ermənistanda yerləşən Rusiya qüvvələrini də silib-süpürəcək. Belə şəraitdə isə Rusiya özünün müdafiə doktrinasına əsasən nüvə qüvvələrindən preventiv istifadəyə əl ata bilər”,-Pavel Felgenhauer deyib.

Bəs Moskvanın bu cür riskli addıma getməsi nə dərəcədə mümkündür?

Ekspert deyir ki, bunu istisna etmir. Onun fikrincə, Rusiya əhali yaşamayan hansısa dağlıq ərazilərə və Anadoludakı hansısa bazaya nüvə zərbəsi endirib göstərə bilər ki, buna hazırdır. “Lakin digər tərəfdən bu artıq NATO ilə müharibə olacaq”,-o bildirib.

Felgenhauerin fikrincə situasiya kifayət qədər ciddidir və istənilən an kəskinləşə bilər. Türkiyə qoşunlarının bu manevrlərdə iştirak üçün Azərbaycan-Türkiyə sərhədini keçməsi onun sözlərinə görə, çox ciddi eskalasiyadır və ən pis halda nüvə müharibəsinə də gətirib çıxara bilər.

Əvvəlki yazı

Prezident Şəkidə modul tipli xəstəxana açılışında

Sonrakı yazı

Millət vəkilləri şəhid polkovnikin ailəsini ziyarət ediblər

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.