Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağcı vəzifəsinin icrasına başlayıb.
Reportyor.info xəbər verir ki, bu haqda Türkiyə səfirliyinin rəsmi tvitter hesabında məlumat yerləşdirilib.
Diplomatın aprelin 19-u Bakıya gəldiyi və eyni gün səfirliyin əməkdaşları ilə tanış olduqdan sonra vəzifəsinin başına keçdiyi diqqətə çatdırılıb.
Xatırladaq ki, Cahit Bağcı aprelin 3-də səfir təyin edilib.