05-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TÜRKİYƏNİN SURİYA ƏMƏLİYYATI:Avropa Birliyinin başına endirilən zərbə – Təhlil

16 Oktyabr 2019, 10:33
Manşet
A A
TÜRKİYƏNİN SURİYA ƏMƏLİYYATI:Avropa Birliyinin başına endirilən zərbə – Təhlil

Ergün Diler

“Takvim”, Türkiyə, 15 oktyabr 2019-cu il

 

ABŞ, Türkiyə, AB, Rusiya və Çin səhnədədir.

Türk dövlətinin Suriyadakı yürüşü öz təməli etibarilə YPG/PKK-İŞİD mərkəzli olsa da, əsil zərər görən, silinib gedəcək olan özünü yeniləyə bilməyən, Ankaranı 1960-cı illərdən bəri qapıda gözlədən Avropa Birliyi olacaqdır.

Kürd kartı Avropanın tamamının, həm də uzun illərdən bəri, sərmayə qoyduğu bir sahə idi. “PKK ilə nəticə almadılar” deyə bilmərik. Çox çalışdılar. Can yandırdılar. Guya, NATO-da bir yerdə idik, lakin quyumuzu qazanlar elə eyni təşkilatda olan “dost” ölkələr idi.

Türkiyənin sərhəddi keçməsi ilk dəfə deyil. Türk əsgəri İraq və Suriyaya çox girib, vəzifəsini yerinə yetirərək geri dönüb. Neçə gündür ki, elə bunu anlatmağa çalışıram.

İndi 30 briqadanın iştirakı ilə həyata keçirilən hərbi hərəkat böyük bir əməliyyat olmaqla bərabər, gözdağıdır. Kimə? Avropaya.

Türkiyə bu saatdan sonra o bölgəyə tam nəzarət edəcək. Modeli yaxında görəcəyik. Bunu ya orada hərbçiləri saxlayaraq, ya da suriyalıları ora göndərib, onlar vasitəsilə hakimiyyət quraraq edəcəkdir. Bu “türk düyünü” Avropanın bütün paytaxtlarının yuxusunu qaçırıb. Üstümüzə pulla da, silah embarqosu ilə də, təhdidlə də gəlirlər. Ancaq nəticə alma ehtimalları heç yoxdur. Doğrusu, AB-nin ən kiçik üzvü olan Lüksemburq ən böyük sözü söyləyirdi: “Həqiqətlərdən danışaq, insanları aldatmayaq. Türkiyəni bölgədə durduracaq gücümüz yoxdur…”

Eyni saatlarda ÇXR sədri Şi Cinpinq də sərt danışırdı, ad çəkmədən ABŞ-a hücum edərək, “Bizi bölmək istəyənlərin bədənini çeynəyər, sümüklərini əzərik” deyirdi.

Türkiyənin Suriyaya budəfəki girişinin öncəkilərə bənzəmədiyini hər kəs görürdü. Yeni dünya nizamı Türkiyənin çiyinlərində, “Mehmetcik”in süngüsündə yüksəlirdi. İlk itirən qəti olaraq Avropa olacaqdır. İngiltərənin nə edəcəyini görəcəyik. Ancaq əsil uduzanın Avropa olacağı aydındır.

ABŞ-Türkiyə-Rusiya ittifaqı Çini də məhdudlaşdıracaqdır.

NATO əsla əvvəlki kimi olmayacaq. Ya dağılacaq, ya da başqa bir şəkil alacaq. Buna da Türkiyənin keçirdiyi əməliyyat yol açacaq.

Cefri Epşteyn hadisəsindən sonra ABŞ bir anda böyük addımlar atmağa başladı. Sanki arxa planda öz aralarında bir “əlsıxma” vardır. Ancaq “twit”lərə baxıb, “ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edəcək” gözləntisi içinə girməyin. Bunu edənlər yanılar, böyük yalnışlığa düşərlər. Sanksiya tətbiqi planları olsaydı, Rotşildlərin ən güvəndiyi şəxs olan Uilbur Ross (ABŞ Ticarət naziri – tərc.) gəlib 5 gün Türkiyədə qalmazdı. Çinə qarşı atılacaq addımları dizayn edən və həyata keçirən Rossun ziyarəti haqında çox danışılmadı, lakin böyük önəm daşımaqda idi. Sanksiya haqqında düşünən ağıl 100 milyard dollarla (ABŞ-Türkiyə ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılması hədəfi – tərc.) Ankaranın qapısını döyməzdi. Hətta hərəkat üçün kəşfiyyat informasiyası yağdırmazdı…

Tramp hər kəsi yayındırır, fikirləri qarışdırırdı. Əraziyə baxdıqda isə, ABŞ hərbçiləri bölgəni bizə təslim edir, qurduğu obyektləri də təsirsiz hala gətirirdi.

Elə tam bu mərhələdə sancı başladı, Avropanın kəşfiyyat təşkilatları dövrəyə girdi. Məqsədləri ABŞ-Türkiyə-Rusiya ittifaqını pozmaqdır.

Təhlil göstərir ki, sonunda Avropa sakitcə enişə keçəcəkdir. Lakin qəbul etmək istəməyəcəklər, üstümüzə gələcəklər. Ala biləcəkləri heç bir şey olmasa da, gələcəklər. Kəşfiyyat savaşlarına start veriləcək. Lakin qalib gələn Türkiyə olacaq. Çünki onu durduracaq gücləri yoxdur…

Qeyd: İndi Türkiyənin hərbi hərəkatına şiddətlə qarşı çıxan BBC, 2017-ci ildə İŞİD-in Rakkadan ABŞ-YPG əməkdaşlığı ilə çıxarıldığını bütün dünyaya çatdırmışdı. Bölgəni dəyişmək üçün həmin gün düyməyə basılmışdı. Savaş da o gün elan edilmişdi.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən tənqidlərə reaksiya: “Təəssüf ki…”

Sonrakı yazı

“Küçələrdə yol polislərinin sayı azaldılsın!” – Deputatdan nazirə təklif

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46
Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

Murad Arif: “Reytinq Azərbaycan üçün deyil!”

04 Avqust 2025, 11:41
İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

İlhamə Abdullayevanın başı üzərində qara kabus! – Rəhbərlik etdiyi qurumda nöqsanların üzə çıxması onun karyerasını bitirə bilər

04 Avqust 2025, 11:27
“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

“Qarabağ”ın rəqibi bu gün bəlli olacaq

04 Avqust 2025, 11:15
Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir

04 Avqust 2025, 11:00
Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş – Foto

04 Avqust 2025, 10:57

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.