30-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TÜRKİYƏDƏ YSK-nın TƏKRAR SEÇKİ QƏRARI SUALLAR DOĞURUB:”Eyni qurum 16 gün öncəki qərarını İstanbulla bağlı niyə tərsinə çevirib?”

07 May 2019, 14:50
Manşet
A A
TÜRKİYƏDƏ YSK-nın TƏKRAR SEÇKİ QƏRARI SUALLAR DOĞURUB:”Eyni qurum 16 gün öncəki qərarını İstanbulla bağlı niyə tərsinə çevirib?”

Muharrem Sarıkaya

“Habertürk”, Türkiyə, 07 may 2019-cu il

 

Yüksək Seçim Kurulunun (YSK) dünən verdiyi qərar həm siyasi, həm də hüquqi baxımdan uzun illər ərzində mübahisə yaradacaq xarakterdədir.

İllərdir Ankarada seçki izləyib, qanunların çıxarılmasına şahidlik edib, YSK qərarlarını sətir-sətir oxumuş biri olaraq deyirəm ki, ağlım çaşıb. Buna səbəb də İstanbul Böyük şəhər bələdiyyə sədri seçkilərilə əlaqədar alınan qərarın həmən onun ardınca alınan Maltəpə və Böyükçəkməcə rayon bələdiyyə sədrlərilə bağlı qərarlarla ziddiyyət təşkil etməsidir.

Buna YSK-nın eyni üzvlərlə ötən həftə Bursa vilayətinin Mustafakamalpaşa şəhəri üçün verdiyi qərar da əlavə edildikdə, işlər daha da qarışır. Çünki YSK-nın 7-yə qarşı 4 səslə aldığı qərar öncəki və sonrakı qərarları ilə ziddiyyət təşkil edir.

 

Bəs nə oldu?

 

Bu cümlə belə durumu xülasə etməyə yetər: Deyirdiniz, 2 mart son tarixdir, bəs nə oldu?

Sıra ilə gedək.

Öncəliklə qeyd edək ki, YSK sədri Sadi Güven də daxil olmaqla, 4 nəfərin əleyhinə səs verdiyi İstanbul qərarı eyni qurumun 16 gün öncə verdiyi qərarla ziddiyyət təşkil edir.

Buradan hərəkət edərək, bir sıra sualların cavabını YSK-nın əsaslandırılmış qərarında tapmaq lazımdır.

20 aprel 2019-cu ildə YSK, Mustafakamalpaşa şəhərindəki seçki komissiyalarının bələdiyyə işçilərindən təşkil olunması və bunun tam qanunsuzluq olması əsas gətirilərək verilən şikayəti iclasda iştirak edən 10 üzvünün səsilə rədd etdi. Verilən qərarda göstərilir: “Seçki komissiyaları ilə əlaqədar etirazların YSK-nın 13.12.2018-ci il tarixli 2018/1105 saylı qərarı ilə qəbul edilən seçki təqviminə əsasən 02 mart 2019-cu il tarixdə qəti qərara bağlanması səbəbilə, tam qanunsuzluq iddiası ilə bağlı tələb rədd edilsin”.

Yəni, qərarda deyilir ki, bir nöqsan var idisə, 02 mart 2019-cu il tarixədək etiraz etməliydin. Bunu etmədiyinə görə, müraciətin rədd edilir.

YSK belə qərarı bundan öncə də, 2014-cü ilin ümumi və yerli, 2015 və 2018-ci illərin ümumi seçkilərində də verib. Və təqvimə uyğun olaraq edilməyən bütün müraciətləri rədd edib.

 

İstanbulda keçərli deyil

 

İndi deyiləcək ki, “Qanun 2018-ci ildə dəyişib, (seçki komissiyalarının üzvlərinin – tərc.) dövlət məmuru olma şərti gətirilib”.

Amma unudulmasın ki, “Seçkilərin təməl müddəaları haqqında” 298 saylı qanunun 22 və 23-cü maddələrinin davamı eynilə oluduğu kimi qalıb və seçki komissiyalarının (bu qayda ilə – tərc.) tam təşkil edilə bilmədiyi halda, bu işin seçki komissiyalarında vəzifə tutmasında problem olmayan şəxslərlə tamamlanmasına hökm edilib.

Bunu bir kənara qoysaq belə, eyni qurum 16 gün öncə verdiyi qərarını İstanbulla bağlı olaraq tərsinə çevirib.

YSK-nın 7 üzvü seçki komissiyalarına 02 mart 2019-cu ilədək müraciət edilməsinin lazım olması ilə bağlı qurumun verdiyi qərarı tanımayıb və “Bir sıra seçki komissiyalarının rayon seçki komissiyaları tərəfindən qanuna zidd qaydada formalaşdırılması və bu xüsusun seçki nəticələrinə təsir etməsi səbəbilə, 31 mart 2019-cu il tarixdə keçirilən İstanbul Böyük şəhər bələdiyyə sədri seçkilərinin ləğvinə və yenidən keçirilməsinə” qərar veribi.

Burada diqqəti cəlb edən “seçki nəticələrinə təsir etməsi səbəbilə” ifadəsidir. Yəni, YSK seçki komissiyalarının formalaşdırılmasının seçkinin nəticələrinə təsir etdiyinə hökm etmişdir.

 

İki rayondakı ziddiyyət

 

Ancaq eyni qurum bu qərarın ardınca AKP və MHP-nin Maltəpə və Böyükçəkməcə ilə əlaqədar eyni yöndə olan etirazını rədd edib.

İndi sual yaranır: əgər 2 martadək müraciət etmək lazım idisə, o zaman nə üçün eyni qayda İstanbulla bağlı keçərli olmadı?

Və ya seçki komissiyalarının təşkilində yol verilən nöqsanlar İstanbul Böyük şəhər bələdiyyəsi kimi daha çox səs tələb edən səsvermənin nəticəsinə “təsir” edirsə, nə üçün iki rayonun daha az səs tələb edən səsverməsinin nəticələrnə təsir etmir?

YSK-nın 7 üzvü qanuna zidd seçki komissiyaları təşkil edən rayon seçki komissiyası sədr və üzvlərilə seçki müdirləri haqqında da cinayət iddiası qaldırdığı halda, necə olur ki, bir sonrakı qərarında bunu görməzdən gəlir?

YSK-nın aralıq qərarında bu suallara cavab tapmaq mümkün olmayıb.

Lakin qurumun yekun qərarında bütün bu sualların cavablarının xalqa yaxşı anladılması lazımdır.

YSK-nın qərarı imza edən 7 üzvünün “Qərarımı verərəm, yuxarı etiraz instansiyası olmadığına görə geri çəkilərəm, kim nə edirsə etsin” demək haqqı da yoxdur.

Çünki verdikləri əsaslandırılmış qərarın əleyhinə səs verən YSK sədri Sadi Güven, qurum üzvləri Kürşat Hamurcu, Yunus Aykın və Cengiz Topaktaşın etirazlarına da cavab vermələri lazımdır ki, xalqın vicdanında bu qərarın legitimliyi qəbul edilsin. Və “Aldıqları qərarda haqlı imişlər” deyilməsi təmin edilsin.

Əks halda, sadəcə yuxarıda sadaladığım üç nümunə belə bu qərarın ziddiyyətli olduğunu göstərməyə yetər.

 

Tapılacaq seçki komissya üzvləri

 

Ayrıca, qərarın səsvermənin nəticəsinə təsir edərək İmamoğlu ilə Yıldırım arasındakı 13 729 səs fərqini qapadaraq, ikincini önə keçirəcək xarakterdə olmadığı da anlaşılır. Qərar seçki komissiyalarının qanuna zidd qaydada formalaşdırılması səbəbilə, seçkilərin ləğv edilməsinə hökm edir.

Unudulmamalıdır ki, eyni seçki komissiyaları bundan öncəki bir neçə seçkidə də eyni yerlərdə vəzifə yerinə yetirib.

Kayseri, Samsun, Ordu, Trabzon, Balıkesir və Manisa da daxil olmaqla, hər məntəqədə bənzər komissiyalar yaradılıb.

Vəzifə alanların çoxu da banklarda işləyən şəxslər idi.

YSK dünən verdiyi qərarla onların hamısı haqqında cinayət iddiası irəli sürmüş olub.

Baxaq, görək, 23 iyunda yenidən keçiriləcək seçkilərdə kimlər seçki komissiyası sədri olacaq?

Və ya yetərli sayda komissiya üzvü tapılmasa, YSK nə edəcək?

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Prezident xəstəxananın açılışında

Sonrakı yazı

Qobustan-Poladlı avtomobil yolu istifadəyə verilib

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.