Türkiyədə gün ərzində 26 182 nəfər koronavirusa yoluxub.
Reportyor.info xəbər verir ki, bu günədək qonşu ölkədə 3 061 520 nəfərə COVID-19 diaqnozu qoyulub.
Daha 138 nəfər isə virus səbəbilə həyatını itirib. Ümumilikdə Türkiyədə koronavirus 30 316 nəfərin həyatına son qoyub. Hazırda 167 322 nəfər aktiv virus daşıyıcısıdır.