Türkiyənin Van vilayətində güclü zəlzələ olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yeraltı təkanlar 4.8 bal gücündə qeydə alınıb. Saat 08:44-də baş verən zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.
Qeyd edək ki, bu gün paytaxt Ankarada da 3,8 bal gücündə zəlzələ olub