Türkiyənin Van şəhərinin Gürpınar rayonunda hərbi maşın minik avtomobili ilə toqquşub.
Reportyor.info xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 13 əsgər yaralanıb.
Məlumata görə, yaralılar təcili tibbi yardım helikopteri və təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.
Faktla bağlı araşdırma aparılır.