Türkiyənin Balıkesir vilayətində ağır yol qəzası baş verib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, vilayətdə lisey şagirdlərini daşıyan avtobus eyni istiqamətdə hərəkət edən yük avtomobilinə çırpılıb.
Hadisə zamanı 31 uşaq, avtobusun sürücüsü və 1 lisey əməkdaşı xəsarət alıb. Yaralıların həyati təhlükəsi yoxdur.