DÇ-2022-nin seçmə mərhələsinin ilk oyunları keçirilib.
Reportyor.info xəbər verir ki, G qrupunda qərarlaşan Türkiyə yığması ilk matçda qrupun favoritlərindən biri hesab olunan Niderland yığması ilə qarşılaşıb.
Matça əla başlayan türklər Burak Yılmazın biri penaltıdan olmaqla vurduğu 2 qol sayəsində fasiləyə üstün yollanıblar. İkinci hissənin əvvəlində Hakan Çalhanoğlu niderlandlıları məyus edib.
3-0 geriyə düşən qonaqlar 75 və 76-cı dəqiqələrdə vurduqları 2 qolla geri dönüş etməyə çox yaxın olublar. Amma Burak Yılmaz cərimə zərbəsindən möhtəşəm qol vuraraq het-trikə imza atıb və Türkiyə millisinin 4-2 hesablı qələbəsini rəsmiləşdirib.