
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələrini “Erməni soyqırımı” kimi tanıyan ABŞ layihəsi ilə bağlı sözləri dünya mətbuatının gündəminə bomba kimi düşüb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan televiziya kanallarından birinə verdiyi müsahibəsində Nümayəndələr Palatası və Senatdan keçən layihənin müttəfiqlik münasibətlərinə zidd olduğunu ifadə edərək, lazım olsa, İncirlik bazasının və Kürəcik radarının fəaliyyətinin dayandırılacağını deyib. Onun sözlərinə görə, ABŞ-ın iki ölkə arasındakı əlaqələrdə bərpası mümkün olmayan addımlar atmaması hər iki tərəf üçün önəmlidir.
Hərbi ekspertlər prezidentin bu fikirlərini şərh edərək, sözügedən bazaların ABŞ üçün əhəmiyyətindən bəhs ediblər.
Baş Qərargahın keçmiş kəşfiyyat rəhbəri İsmail Hakkı:
“1915-ci il erməni deportasiyası məsələsi ilk dəfə Nümayəndələr Palatasından Senata gəldi. Bunun bir sanksiyası yoxdur, amma indi yeni sanksiyalar gəlir. Türkiyənin buna qarşı çıxması lazımdır. Türkiyə deyir ki, siz bunu etsəz, Kürəcik radarını bağlayaram. ABŞ-ın bundan 5 ədəd var. Biri İsraildə, biri də Almaniyadadır. Kürəcikdəki radar İrandan gələ biləcək raketlərə bağlıdır, o da İsraildəkinə. Kürəcik əldən çıxarsa, belə bir vəziyyətdə İranın atacağı raketləri izləmək mükün olmaz. Nəticədə raketlər Aralıq dənizindəki gəmilərə və Bəsrə Körfəzindəki hərbi bazalarına düşə bilər. Bu səbəbdən olduqca əhəmiyyətlidir. İncirlik isə ABŞ-ın dünyadakı 4-5 bazasından biridir. Əsas logistika mərkəzidir. Mövqe etibarilə Pakistan, Əfqanıstan, Hind okeanı, Bəsrə Körfəzi, Aralıq dənizi, Qara dəniz, Qafqaz regionu və Xəzər dənizi də daxil olmaqla geniş coğrafiyaya nəzarət edir.
Bu baza ABŞ-ın Rusiyanı yuxarıdan təzyiq altına alması, Çini sıxışdırması üçün lazımlı imkanlar təqdim edir. İndi Ərbildə baza var deyirlər. Bunların limana çıxışı yoxdur. Yəni heç biri İncirlik qədər önəm daşımır. Burada 50 nüvə silahı mövcuddur. İncirlik ABŞ-ın təxliyə yeridir və qlobal mübarizədə böyük rol oynayır”.
Təhlükəsizlik və Strategiya üzrə mütəxəssis Abdulla Ağar:
“ABŞ-ın Türkiyəni parçalamaq məqsədilə YPG-PKK və FETÖ-dən istifadəyə davam etməsi. İŞİD-dən asimmetrik olaraq, öz mənfəətləri çərçivəsində faydalanması. S-400 və F-35 böhranı, ardınca 1915-ci il qondarma erməni məsələsini gündəmə gətirməsi. “Barış Pınarı” Hərəkatından öncə edilən sazişə görə, sanksiyalar tətbiq edilməyəcəkdi. ABŞ-la anlayacağı dildə danışmağın vaxtıdır. Müttəfiqlik hüququna uyğun hərəkət etmədiyini özünə xtırlatmaq lazımdır. Cənab prezident deyir ki, “Əgər qondarma erməni məsələsi ilə bağlı sanksiya qərarı çıxarsa, mən də haqlı səbəblərdən tarixin gerçəkliklərinə uyğun sənin qətliamını ortaya çıxararam. Bir yerdə hər kəs müqavimətini təcrübədən keçirir. Gün keçdikcə mübahisə dərinləşir”.