05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Türkiyə Ağ dənizdə nə axtarır? – “Navteks” bəyanının pərdəarxası

11 Avqust 2020, 10:35
Dünya, Manşet
A A
Türkiyə Ağ dənizdə nə axtarır? – “Navteks” bəyanının pərdəarxası

Türkiyə “Oruc Rəis” seysmik tədqiqat gəmisini 10-23 avqust tarixləri arasında araşdırmalar aparmaq üçün Aralıq dənizinin şərqinə göndərib və “Navteks” elan edib.

“Navteks” – ərazilərə digər gəmilərin girməsini qadağan edən beynəlxalq xəbərdarlıqdır. Bu xəbərdarlığın tələblərinə əsasən, tədqiqat işləri aparan gəmilərə 6 dəniz mili qədər məsafədə dayanmalısan. Başqa gəmilər bu qadağanı pozarsa, onların təhlükəsizliyinə təminat verilmir və dəniz hüququna görə, “Navteks” elan edən ölkənin əraziyə icazəsiz girən gəmilərin qarşısını almaq hüququ var.

Türkiyənin Aralıq dənizində “Navteks” elan etməsinin səbəbi təkcə elmi tədqiqat məqsədi daşımır. Başlıca səbəblərdən biri də Yunanıstanla başqa dövlətlər, xüsusilə Misir arasında Kipr yaxınlığında qaz yataqlarının araşdırmasının və istismarının qarşısını almaqdır.

Bəs Türkiyə niyə və nəyə etiraz edir?

Məsələ burasındadır ki, öz enerji tələbatının böyük qismini idxal edən Avropa ölkələri (o cümlədən Türkiyə) və İsrail getdikcə geopolitik problemə çevrilən bu məsələni daxili resursları hesabına çözməyə çalışırlar. Avropa ölkələrinin quru sərhədlərində isə nəzərəçarpacaq miqyasda karbohidrogen ehtiyatları yoxdur. Ümid dənizlərdə tədqiqatlar aparmağa qalmışdı və qitənin əhatə olunduğu əsas su hövzələrindən biri isə Aralıq dənizidir. Aralıq dənizinin coğrafi olaraq dünyanın ən zəngin qaz və neft yataqlarına sahib bölgəsi Yaxın Şərqə yaxınlığı bu ərazilərdə enerji mənbələrinin mövcuqluğu ehtimalını artırırdı. Məhz bu səbəbdən 2000-ci ildən etibarən Ağ dənizin şərqində karbohidrogen ehtiyatları axtarışına başlanılmışdı.

İlk on il ərzində ciddi nəticə verməyən axtarışlar 2009-cu ilin sonlarında ümid işığını şölələndirmişdi.  Məlumata görə, son 10 ildə demək olar ki, hər il Aralıq dənizinin şərqində çox önəmli qaz yataqları kəşf edilmiş və onun istismarı məsələsi region dövlətləri arasında ciddi mübahisələrin yaşanmasına yol açmışdı. Xüsusilə Kirp adası sahillərində kəşf olunan yataqlar mübahisələri daha da gücləndirmiş və gücləndirməkdədir.

Şərqi Aralıqda ilk qaz yataqlarını 2009-cu ildə İsrail kəşf etdi. Bölgədəki ilk böyük təbii qaz ehtiyatı İsrailin Hayfa limanından təxminən 90 kilometr məsafədə yerləşən iqtisadi zonada aşkarlanıb. Tamar adlanan həmin ərazinin 1700 metr dərinliyində 280 milyard kub metr təbii qazın olduğu təxmin edilir.

Üzərindən bir il keçəndən sonra bölgədə daha böyük qaz yatağı kəşf olundu və bununla da region dövlətləri arasında ilk mübahisələr ortaya çıxdı. İsrailin Tamardan bir qədər aralıda Aralıq dənizinin Leviathan adlanan yerində kəşf etdiyi bu qaz yatağının həcminin 622 milyard kub metr olduğu bildirilir. Hayfadan 130 kilometr uzaqlıqda və 1500 dərinlikdə yerləşən həmin təbii qaz ehtiyatı İsrailin 40 illik ehtiyacını ödəyə biləcək qədər həcmdədir. Di gəl ki, Leviathan qaz sahəsinin bir qismi Livan ərazisinə düşür və bu da iki düşmən dövlət arasında mübahisələri daha da qızışdırır.

2011-ci ildə Kirp adası yaxınlığında Afrodita sahəsinin kəşfi Türkiyənin də iddiaçılar sırasına qoşulmasına səbəb oldu. Sahənin əsas qaz yatağı sayılan Limassol Leviathan sahəsindən 160 kilometr cənubda, Afrodita adasının 30 kilometr qərbində yerləşir. 2010-cu ildə İsrail ilə Kipr arasında əldə olunan razılaşmaya əsasən, aparılan tədqiqatlar nəticəsində bölgədə 129 milyard kub mert qaz ehtiyatı aşkarlandı. Türkiyə ilə dəniz sərhədinin müəyyən edilməməsi, Şimali Kipr Türk Cümhuriyyətinin yurisdiksiyasına məhəl qoyulmaması Ankaranın həmin anlaşmanı etibarsız elan etməsiylə nəticələndi. Beləcə, Şərqi Aralıq dənizinin qaz ehtiyatlarına ilk dəfə iddiasını ortaya qoyan Ankara daha sonra tədqiqat işləri Türkiyə dəniz sularına yaxınlaşdıqca daha ciddi şəkildə proseslərə müdaxilə etməyə qərar verdi.

2015-ci ildə Misir də Şərqi Aralıqda qaz axtarışına başladı. Bölgədə indiyədək ən böyük kəşf də elə Misirə aiddir. Misir sahillərindən 150 kilometr məsafədə yerləşən Zöhr yatağında təbii qaz ehtiyatının 849 milyard kubmetr həcmində olduğu təxmin edilir. Azərbaycanın ümumi qaz rezervlərinin 2.5 trilyon kub metr olduğunu nəzərə alsaq, təkcə Zöhr yatağı bizim təbii qaz ehtiyatımızın 1/3-i qədərdir. Həcmin böyüklüyü digər Avropa dövlətlərinin də diqqətini Zöhr yatağına cəlb edə bildi.  İtaliyanın ENI şirkəti ilə Misir dövləti arasında yatağın birgə istismarı ilə əlaqədar müqavilə imzalandı. Müqaviləyə əsasən, 2019-cu ilin sonunda həmin sahədə hasilata başlamaq və ildə 30 milyard kubmetr təbii qaz çıxarmaq nəzərdə tutulurdu. Di gəl ki, sahə həm də Liviya və Türkiyənin dəniz sərhədləri yaxınlığında yerləşdiyindən iki dövlətin də etirazlarına yol açdı. Türkiyə ilə Tripoli hökuməti arasında bağlanan və qardaş ölkənin Liviyaya hərbi dəstəyinə səbəb olan hadisənin də mərkəzində məhz bu qaz rəqabəti dayanır.

2019-cu ildə yenə Kiprdə kəşf edilən Qlaukus-1 yatağı da Türkiyənin iddia etdiyi bölgələrdəndir. Ərazi Türkiyəyə daha yaxın olmasına baxmayaraq, Cənubi Kirp Respublikasını bəhanə edən Yunanıstan həmin sahəni özününkü sayır. Türkiyə isə sahədə həm də Şimali Kipr Türk Respublikasının olduğunu Afinaya xatırlatsa da, qarşı tərəf bununla razılaşmır. Çünki Şimali Kipr Avropa tərəfindən tanınmır. Türkiyə isə həmin dövlətin qarantoru kimi proseslərə müdaxilə etməyi özünün hüququ sayır.

Qeyd edək ki, Exxon və Qatar Petroleum ortaqlığı nəticəsində kəşf edilən Qlaucus-1 adlı yataqda 142 və ya 227 milyard kub metr həcmində qaz ehtiyatı olduğu güman edilir.  Şimali Rum Respublikası rəhbərliyinin verdiyi açıqlamaya görə, bu sahə Kipr sahillərində tapılmış ən böyük yataqdır.

Ötən ay Yunanıstanın bu yatağın istismarı ilə əlaqədar Misirlə danışıqlar apardığı xəbərləri yayılanda Türkiyə ilk dəfə Oruc Rəis adlı gəmisini sahəyə göndərmiş, Yunanıstanın 180 km uzaqlığında yerləşən Meis adasında “Navteks” elan etmişdi. Məsafədəki təyinat iki ölkə arasında problemlərə yol açmış, tərəfləri qarşı-qarşıya gətirmişdi. Sonunda Almaniyada kansleri Angela Merkelin vasitəçiliyi ilə gərginlik səngimiş, tərəflər məsələni sülh yoluyla həllini dəstəkləmişdilər.

Bir neçə gündür ki,  Yunanıstanla Misirin yenidən bu qaz sahəsi ilə bağlı müzakirələrə başladığına dair xəbərlər dolaşır. Görünür, məhz bu səbəbdən də Türkiyə Oruc Rəis gəmisini bu gün yenidən “tədqiqat” sahəsinə göndərib.

Mütəxəssislərin fikrincə, Ankara ən azı həmin sahədən çıxarılan qazın öz ərazisindən nəqlinə nail olmaq istəyir. Beləcə, Aralıq dənizinin qaz nəqlini də öz nəzarətinə almaq istəyən Türkiyə Avropanın enerji təminatında əsas fiqurlardan birinə çevrilə və bu sövdələşmələrdən ciddi tranzit gəlirləri əldə edə bilər.

 

Strateq.az

Əvvəlki yazı

Deputat: “Manatın taleyi bizi narahat edir”

Sonrakı yazı

Komitə köçkünləri qapıdan qaytardı – Foto

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.