Ağrının Doğubayazıt bölgəsində 4 bal gücündə zəlzələ baş verib.
Reportyor.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb. Zəlzələnin səhər saat 08:57 radələrində yer səthindən 7.02 kilometr dərinlikdə olduğu bildirilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.