02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TÜRKİYƏ YOL AYRICINDA:AKP-MHP ittifaqıyla Avrasiyaya, yoxsa yeni alyansla Qərbə sarı getməli? – TƏHLİL

13 May 2019, 01:33
Manşet
A A
TÜRKİYƏ YOL AYRICINDA:AKP-MHP ittifaqıyla Avrasiyaya, yoxsa yeni alyansla Qərbə sarı getməli? – TƏHLİL

Ergün Diler

“Takvim”, Türkiyə, 09 may 2019-cu il

 

Ölkə daxilində də, xaricində də nəticələri ləğv edilən İstanbul seçkiləri müzakirə edilir. Təbiidir. Böyük mübarizənin önəmli mərkəzlərindən biri də İstanbuldur. Çox sual verirlər. Hələ yolda saxlayıb sual verənləri demirəm. Daxili siyasətə çox girmək istəmirəm. Ancaq həyat bizi də içinə çəkir.

İstanbul seçkilərinin arxasında davam edən böyük bir mübarizə dayanır. Nümunələrlə anlatmağa çalışacam. Məsələni bir az açaq.

Abdulla Gül prezidentliyə namizəd olaraq önə çıxan zaman AKP-dən belə, tam dəstək ala bilməmişdi. Bu posta Vecdi Gönül (sabiq Müdafiə naziri – tərc.) kimi şəxslərin namizədliyi düşünülürdü. Hətta son dəqiqə xəbərlərində onun adı gedirdi. Lakin Abdulla bəy çıxdı, “Mən namizədəm” dedi. Və “Sözdə deyil, özdə prezident” istəyən Yaşar Böyükanıtı (2006-2008-ci illərdə TSQ Baş qərargah rəisi – tərc.) və təmsil etdiyi gücü geri itələdi. Onların verdiyi bəyannamə işə yaramamışdı.

Dəniz Baykal da Gülə qarşı idi. “367 böhranı”nın arxasında yatan həqiqət də bu idi. Dəniz bəy Türkiyənin ABŞ-la birgə yürüməsini uyğun gördüyü halda, Abdulla bəy ““Böyük ağıl” olan İngiltərədən qopmayaq” deyirdi. Ayrıca, Gül “İpək yolu”nun önəmini ilk gündən bilən bir şəxs idi.

Xatırlayın, o zaman prezident seçkisi prosesi çox sancılı keçdi. Ancaq Dövlət bəy önəmli bir həmlə etdi. Abdulla bəyin önünü açan addımlar atdı. Məclisi rahatlatdı. Və həll yolu tapıldı.

Tayyib bəyə qoyulan qadağanın qaldırılması və siyasətlə məşğul olmağa davam etməsi üçün əlindən gələni edən Dəniz Baykal Gül üçün böhran yaradırdı. Hərbçilər də dəstək verirdi. İşin qəribə yanı o idi ki, daha sonra Dəniz bəy nüfuzdansalıcı bir kasetlə ortadan götürülürdü.

Bu gün isə həmin Dövlət bəy Abdulla bəylə qarşı-qarşıyadır. Yəni, münasibətləri çox isti deyil. Maraqlı olan budur.

Səbəbi odur ki, dünyadakı güc balansları və həssaslıqlar hər gün, hər saat dəyişməkdədir. Dünən olan yaxınlıq bu gün yerini qarşıdurmaya buraxdı. Dünənki yol yoldaşlığı indi yolların ayrılması üzündən mübarizə aparılmasını tələb etməkdədir. Əlbəttə, bu ayrılıqlar yalnız burada deyil, hər yerdə vardır. Xüsusən də ABŞ-da. Türkiyənin seçəcəyi yön üçün önəmli şəxslər önəmli rol oynayacaqlar. Oynamaq istəyəcəklər.

ABŞ-NATO əməliyyatları ilə canı sıxılan Türkiyə, indi AKP-MHP ittifaqı ilə Avrasiya nöqtəsinə kilidlənmiş durumdadır. Hücumlar qarşısında, haqlı olaraq, yeni bir dünya, yeni bir ittifaq axtarışı vardır.

Digər tərəfdən, CHP-nin də, AKP-nin keçmiş üzvlərinin də daxil olduğu bir qanad isə “Hər nə olursa olsun, Türkiyə Qərbdə qalmalıdır” deyir.

Daxildəki münaqişənin ruhunu da bu tərəf seçimi müəyyən edir. Həyat siyasətçilərin də, ölkələrin də yönünü dəyişdirə bilir.

AKP-MHP ortaqlığı davam etdiyi müddətcə CHP, İYİ Partiya, Səadət Partiyası və keçmiş AKP-çilər də bu vektora qarşı bir təşkilat yaradacaqlar. Şəxslər və partiyalar fərqli olsalar da, olacaq olan şey budur.

Son prezident seçkilərində Temel Karamollaoğlunun istəyi ilə adı ümumi namizəd olaraq gündəliyə gələn Gül, tələb olunan razılaşma əldə edilə bilmədiyinə görə öz namizədliyini verməmişdi. “Bir faninin əldə edə biləcəyi bütün postları əldə etdim. Bu yolların hamısını keçdim” sözlərilə də nə üçün namizəd olmadığını açıqlamışdı. Maral xanım israrla özü namizəd olmaq istədiyi üçün Gül formulu həyata keçməmişdi.

O gün geri çəkilən Gül indi etdiyi sosial media paylaşımı ilə sanki oyundan kənarda qalmayacağnı elan edir.Adı çəkilən keçmiş AKP-çilərin nə edəcəyini görəcəyik. Ancaq Davudoğlu da Qərb xəttini müdafiə etdiyini gizlətmir. İstanbul seçkilərinin təkrar keçirilməsini qəbul etmədiyini ortaya qoyaraq, əslində, bu gedişata qarşı çıxır.

2002-ci ildən bəri müxtəlif əməliyyatlara məruz qalan və hamısından da uğurla çıxan, çıxmağı bacaran Tayyib bəy isə həyatın gətirdikləri qarşısında indi Rusiya ilə yaxınlığı doğru hesab edir. Məqsədi bu qədər əməliyyatdan sonra Türkiyənin çarəsiz və yalnız olmadığın elan etməkdir. S-400-lərin satınalınması isə bunun finalıdır.

Tayyib bəy iqtisadi hücumlarla, YPG-PYD ilə, Aralıq dənizi problemiylə, AB ilə, Qərb mediasının aqressiv mövqeyilə mübarizə aparmaqdadır. Və buna görə də daxildə xarici hücumlar üçün “giriş yolu” açdırmaq niyyətində deyil. Bu da son dərəcə anlaşılan bir şeydir. Dünyada tam tarazlıq yaranmadığı üçün dünənə qədər daxildə xaricə qarşı mübarizə aparılmaqda idi. Gezi parkından tutmuş 17-25 dekabr hadisələrinədək daxildə baş verənlər, ən önəmlisi isə 15 iyul çevriliş cəhdi buna bariz misal ola bilər. Türkiyə bir neçə dəfə uçurumun kənarından döndü. Bu əməliyyatların biri belə öz məqsədinə çatmış olsaydı, Türkiyə indi olduğu xətdə olmazdı.

15 iyul çevriliş cəhdi Avrasiya xəttinin infrastrukturu oldu. Bəlkə də bu, kasanı daşıran son damla idi. Son prezident seçkilərində gördük. Dövlət bəydən başqa, hər kəs Ərdoğana qarşı idi. Bu ittifaq artıq daha aydın şəkildə ortaya çıxacaq. Daxildə xarici qüvvələrlə mübarizə edən AKP, indi daxildəki rəqiblərilə də mübarizə etməyə məcbur olacaq. Hesab edirəm ki, Aralıq dənizindən Suriyaya, İrandan Rusiyaya qədər olan gərgin bölgəyə bir də iqtisadi əməliyyatları əlavə etsək, gərginliyin artaraq çıxacağı nöqtəni hesablamaq çətin olmaz.

Kaş (siyasi qüvvələrin – tərc.) hamısı bir araya gələydi və yolumuza bir yerdə davam edəydik. Ən doğru seçim budur. Lakin bu, romantik bir yanaşmadır. Bu, əsla və qəti olaraq olmaz, ola bilməz. Bu səbəblə, “Türkiyə ittifaqı” elə də mümkün görünmür. Əgər gediləsi marşurut, çatmaq istənən nöqtə fərqlidirsə, bu böyük ittifaq necə qurulacaq?! Qurulsa da, uzun sürməz. Bu, yan-yana olanların artıq qarşı-qarşıya gəldiyi, gələcəyi bir prosesdir. Prosesin sancılı olacağı da aydın şəkildə ortadadır.

2019-cu ilin bizim üçün çox çətin olacağını bir neçə dəfə yazdım. İndi bu burulğanın içindəyik. Çox detal vermək istəmirəm, lakin, məncə, bizi siyasi baxımdan da şoka salacaq addımların atılacağı bir hava var. Hava dumanlıdırmı? Bəli, dumanlıdır.

Türkiyə oyunun taleyini dəyişdirə biləcək bir ölkədir. Bu səbəblə, daxildə mübarizə qaçılmazdır. ABŞ da, İngiltərə də, Çin də buradadır. Bəziləri “”İpək yolu” olsun, mən nəzarət edim” deyərək, bəziləri isə “”İpək yolu” olmasın, ləğv edək” deyərək gəldi. ”İpək yolu” yeni balansın adıdır. Yəni, “Şərq, yoxsa Qərb” seçiminin ünvanıdır. Mövzu budur.

Sürprizlər olacaq. Təəccüblənəcəyik.

Qeyd: 2002-ci ildə AKP-nin gəlişini hazırlayan iqtisadi zəminin onun gedişini də hazırlaması üçün intensiv iş gedir…

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Prezidentin “ağ inqilabı”nı axsadan nazirlər – Eksklüziv araşdırma

Sonrakı yazı

“Welcome Azerbaijan”: AZAL, Avtovağzal və “Binə” milyonları büdcədən necə yayındırır? – Korrupsiya…

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.