Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
Reportyor
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • SEÇMƏ
  • İdman
  • Şou
  • Əlaqə
No Result
View All Result
Reportyor
No Result
View All Result
Home Cəmiyyət

Türkiyə və Azərbaycan birliyindən yaranan güclə hamı hesablaşmalı olacaq

2022-06-16
in Cəmiyyət
A A
0
Türkiyə və Azərbaycan birliyindən yaranan güclə hamı hesablaşmalı olacaq
0
SHARES
2
VIEWS
Facebook-da paylaş"Twitter"-də paylaş

 

30 ilə yaxın işğal altında olan torpaqlarımız xalqın məhəbbətini, inamını qazanmış Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, diplomatiyası və müharibədəki qətiyyətli qərarları nəticəsində cəmi 44 gün ərzində möhtəşəm Zəfərlə geri alındı.
Vətən müharibəsi başlayan andan Türkiyə Azərbaycanın yanında oldu və Azərbaycanın tək olmadığını söylədi. Bu, vətən torpaqlarımızı işğaldan azad etmək uğrunda mübarizədə bizi daha da ruhlandırdı. Çiynimizdə dost, qardaş əli hiss etdik.
Eyni dildə danışan, eyni dinə, eyni mədəniyyətə, eyni adət-ənənəyə sahib olan Azərbaycan və Türkiyə əsrlərdən bəri qardaş ölkələr olaraq biri-birinə dar günlərdə kömək, arxa-dayaq olmuşdur.

Yüz il əvvəl Azərbaycandan ayrı salınan Naxçıvanın təhlükəsizliyinin qorunması üçün Qars müqaviləsi imzalanmışdır. Yüz il sonra – 2020-ci ildə Azərbaycanın öz torpaqlarını möhtəşəm Qələbəylə geri almasından sonra isə Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında Bəyannamə imzalandı. Olduqca qürurverici hal idi ki, bu müttəfiqlik bəyannaməsinin imzalanması məhz Şuşa şəhərində baş tutdu.

Tədbir ermənilərin vəhşiliklərini, vandallıqlarını bütün dünyaya nümayiş etdirmək üçün, işğal zamanı ermənilərin xarabalığa çevirdikləri Şuşanın sonuncu xanı Mehdiqulu xanın qızı Xurşudbanu Natəvanın evinin qarşısında keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev burada Qars muqaviləsini xatırlatdı: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ böyük önəm daşıyır”.

Hər iki görkəmli dövlət xadimlərinin – Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu müttəfiqlik aktının məhz azad Şuşada imzalamaları bütün dünyaya bir mesaj idi. Bununla rəsmi Bakı öz qələbəsini bir daha təsdiqləyirdi. Azərbaycana qarşı hər hansı bir çirkin niyyətdə, torpaq iddiasında olanlara konkret mesaj verilirdi ki, nəticədə onlar hər iki ölkənin böyük gücü ilə üzləşəcək.

Hərbi sahədə əməkdaşlıq, müttəfiqlik və iki dövlətin birgə ordu qüvvələri böyük hərbi güc deməkdir və belə güclə hamı hesablaşmalı olacaq. Bu sənəd Azərbaycanın və Türkiyənin təhlükəsizliyinin qorunması istiqamətində imzalanan olduqca mühüm və tarixi bir sənəddir.

Bu sənəd eyni zamanda tarixə əsaslanır. Belə ki, Bəyannamədə Azərbaycanın dahi rəhbəri Heydər Əliyevin və Türkiyənin lideri Mustafa Kamal Atatürkün məşhur və dahiyanə kəlamları öz əksini tapıb. XX-ci əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX-ci əsrin sonunda isə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

Artıq Azərbaycan və Türkiyə hər hansı bir təhlükə baş verərsə, biri-birini açıq şəkildə qoruya bilər.

Prezident İlham Əliyev söyləmişdir ki, bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatıdır.
Azərbaycanı və Türkiyəni birləşdirən Zəngəzur dəhlizi türk dövlətlərinə böyük üstünlük qazandıracaq. İki qardaş ölkə bir-birinə ruhən yaxın olduğu kimi, məsafə ilə də yaxınlaşacaq. Bu dəhliz bütün türk dünyasını bir araya gətirəcək.

Bu birlik, bu güc, bu yaxınlıq nəticəsində ölkələrimiz həm siyasi, həm də iqtisadi cəhətdən daha da irəliləyəcək.

Türkiyə və Azərbaycan birliyindən yaranan güclə hamı hesablaşmalı olacaq.

Şəhla Ağbulud

ShareTweetSendSendShareScan
Bizim Video
Previous Post

Röyadan “20 min verərəm ad günümə gələr” deyən Şəbnəmə cavab

Next Post

Tbilisi-Bakı qatarında 100 nəfərin öldüyü qəzanın TƏFƏRRÜATLARI

Next Post
Tbilisi-Bakı qatarında 100 nəfərin öldüyü qəzanın TƏFƏRRÜATLARI

Tbilisi-Bakı qatarında 100 nəfərin öldüyü qəzanın TƏFƏRRÜATLARI

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Dənizdə və hovuzda meymunçiçəyi var? – Açıqlama

Dənizdə və hovuzda meymunçiçəyi var? - Açıqlama

Discussion about this post

Bizə Qoşulun

  • 11.9k Subscribers
  • 1.2k Subscribers

Son Xəbərlər

Roman Abramoviç bu klubu alır

Roman Abramoviç bu klubu alır

2022-06-29
Kürdəxanıda faciə ilə bitən yanğının təfərrüatı: “Körpələr çarpayıdan düşərək…” – VİDEO

Kürdəxanıda faciə ilə bitən yanğının təfərrüatı: “Körpələr çarpayıdan düşərək…” – VİDEO

2022-06-29
Ermənistanda qadın yeni baş prokuror seçildi

Ermənistanda qadın yeni baş prokuror seçildi

2022-06-29
“Yeni Şəhər Gündəliyi” şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir

“Yeni Şəhər Gündəliyi” şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir

2022-06-29
Azərbaycan və İran prezidentləri görüşdü

Azərbaycan və İran prezidentləri görüşdü

2022-06-29
Yoldaşı onu çox incidirdi, döyürdü… – Həkimin rəfiqələri danışdı

Yoldaşı onu çox incidirdi, döyürdü… – Həkimin rəfiqələri danışdı

2022-06-29
Abşeronda Silahlı Qüvvələr Günü tədbirləri davam edir – Fotolar

Abşeronda Silahlı Qüvvələr Günü tədbirləri davam edir – Fotolar

2022-06-29
İcbari tibbi sığortada yeyinti iddiası – əhali narazı…

İcbari tibbi sığortada yeyinti iddiası – əhali narazı…

2022-06-29
Britaniya: “Sülh yalnız Rusiya məğlub olduğu halda mümkündür”

Britaniya: “Sülh yalnız Rusiya məğlub olduğu halda mümkündür”

2022-06-29
Repçinin xanımından qəribə açıqlama

Repçinin xanımından qəribə açıqlama

2022-06-29
Xalidə Kəngərlinin əri istintaqa cəlb olundu

Xalidə Kəngərlinin əri istintaqa cəlb olundu

2022-06-29
“Rusiya ilə danışıqlar aparırıq” – Zelenski

“Rusiya ilə danışıqlar aparırıq” – Zelenski

2022-06-29
“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

“İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq konfrans KEÇİRİLDİ

2022-06-28
Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

Zaqatala rayon mərkəzi xəstəxanası: əsassız iddialar və reallıq

2022-06-28
Şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması araşdırılır

Şagirdlərə Xameneyiyə həsr olunan mahnı oxudulması araşdırılır

2022-06-28
Məşhur həkim özünü 11-ci mərtəbədən atdı

Məşhur həkim özünü 11-ci mərtəbədən atdı

2022-06-28
Rus general: Taktiki nüvə zərbəsi endirə bilərik

Rus general: Taktiki nüvə zərbəsi endirə bilərik

2022-06-28
Raket hücumunda deputat ağır yaralandı

Raket hücumunda deputat ağır yaralandı

2022-06-28
“Mənəviyyatımıza da pul xərcləməliyik” – Deputat

“Mənəviyyatımıza da pul xərcləməliyik” – Deputat

2022-06-28
Rusiyanın 2 gündə atdığı raketlərin qiyməti…

Rusiyanın 2 gündə atdığı raketlərin qiyməti…

2022-06-28

Seçmə

  • Bütün
  • SEÇMƏ
Ukraynada ölən uşaqların sayı 340-ı ötüb
Dünya

Ukraynada ölən uşaqların sayı 340-ı ötüb

2022-06-28
Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
Gündəm

Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub

2022-06-25
Azərbaycanla Rusiya arasında Saziş imzalandı
Manşet

Azərbaycanla Rusiya arasında Saziş imzalandı

2022-06-24
Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO
SEÇMƏ

Məşhur klinika qapadıldı: Araz Bayramov dələduzdurmu?! – VİDEO

2022-06-24
Əsir düşən ukraynalı polis intihar etdi
SEÇMƏ

Əsir düşən ukraynalı polis intihar etdi

2022-06-23
Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı
SEÇMƏ

Qubadlı sakini Kəmaləddin Heydərova müraciət etdi, şok faktlar açıqladı

2022-06-23
Reportyor

Bizi İzləyin

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized

Son əlavələr

Roman Abramoviç bu klubu alır

Roman Abramoviç bu klubu alır

2022-06-29
Kürdəxanıda faciə ilə bitən yanğının təfərrüatı: “Körpələr çarpayıdan düşərək…” – VİDEO

Kürdəxanıda faciə ilə bitən yanğının təfərrüatı: “Körpələr çarpayıdan düşərək…” – VİDEO

2022-06-29

Xeberler

  • Reportyor.İnfo
  • Əlaqə

© 2020 Reportyor.info.

  • Manşet
  • Gündəm
  • Cəmiyyət
  • SEÇMƏ
  • Siyasət
  • Dünya
  • Sosial
  • Araşdırma
No Result
View All Result

© 2020 Reportyor.info.