Türkiyə Silahlı Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib.
Reportyor.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi tviter səhifəsində məlumat yayıb.
Bildirilib ki, İraqın şimalındakı Metina bölgəsində təsbit olunmuş 8 PKK terrorçusu hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.
Əməliyyatın Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən gerçəkləşdirildiyi bildirilib.
“Türk Silahlı Qüvvələrimiz son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlara qərarlılıqla davam edəcək”, – nazirlik vurğulayıb.
“Axtar, tap, yox et!”, – deyə paylaşımda qeyd olunub