21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları açıqladı

18 Oktyabr 2021, 18:59
Siyasət
A A
Türk general Füzuli əməliyyatı ilə bağlı inanılmaz detalları açıqladı

Füzuli əməliyyatı Azərbaycanın həyata keçirdiyi hərbi hərəkatın uğurla ikinci mərhələyə keçməsinin başlanğıcıdır.

Bunu Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

General bildirib ki, ermənilər 28 il boyunca işğal etdikləri torpaqları təmas xəttindən etibarən əngəllər yaradıb, silahlar, hərbi təchizat, minalar, elektronik vasitələrlə və digər üsullarla qoruma altına almışdı: “Onlar Majino xətti (1929–1932-ci illərdə Fransanın hərbi naziri olmuş A.Majinonun təklifi ilə Almaniya, Lüksemburq və qismən Belçika sərhədində tikilən fransız uzunmüddətli fortifikasiya qurğuları sistemi) kimi mərhələli şəkildə xətlər təşkil etmişdilər. Ermənistan uzun illik işğal dövründə bu ərazilərdə hazırlıqlar gördü, xəndəklər qazdı, müdafiə sistemi qurdu, əngəllər yaratdı və onları minalarla, elektron sistemlərlə və digər vasitələrlə qorunmasını təmin etdi. Bunların asanlıqla keçilməsi çox çətin idi. Bu əngəllərin keçilməsi üçün xüsusi texnikalar istifadə olunmalı, taktikalar tətbiq olunmalı idi. Ermənilər deyirdilər ki, Azərbaycan Ordusu sərhəddən etibarən üç mərhələli olan xətləri keçə bilməz və Ermənistan ordusu yenilməzdir. Füzulinin azad olunması ermənilərin bu mifini darmadağın etdi. Yenilməz, keçilməz deyilən xətlərin keçilməsi, erməni ordusunun məhv edilməsi, silah-sursatının ələ keçirilməsi, əsgərlərlərinin döyüşü tərk edib qaçması, ordusunun dağılması, tarazlığının pozulması, eyni zamanda ermənilərin döyüş əzmini və qərarlılığını yıxdı. Erməni xalqının, dövlətinin psixoloji olaraq çökməsinə, sonun başlanğıcına səbəb oldu”.

Y.Karauz qeyd edib ki, Füzuli azad edilərkən Azərbaycan Ordusu son dərəcə müasir hərbi texnikalardan istifadə edib: “Azərbaycan hərbi taktika olaraq müasir tətbiqetmələrlə köhnə SSRİ-nin taktikası ilə NATO-nun taktikasını birləşdirəcək şəkildə yeni taktika və texnikalardan istifadə etdi. Azərbaycan əsgəri Vətən, millət, bayraq üçün şəhid olmasının lazım olduğu anlamı ilə analarının əllərinə yaxdığı xınaları və Vətən üçün şəhid olma duyğusu ilə qəhrəmancasına, cəsarətlə, böyük bir ürəklə savaşdı. Qarabağı 28 il boyunca analarının laylalarında Vətən, millət, bayraq kəlmələrini dinləyərək böyüyən nəsil, döyüşçü ruhlu, rəşadətli ordu azad etdi”.

General əlavə edib ki, Prezident İlham Əliyev həm siyasi lider, həm də Ali Baş Komandan kimi müharibəni özü birbaşa və düzgün şəkildə idarə etdi: “Bu amillər Füzuli zəfərini təmin etdi. Füzuli şəhərinin azad olunması isə bütöv Qarabağın işğaldan azad olunmasına səbəb oldu. Keçilməz deyilən səngərlər keçildi, yenilməz deyilən ordu da yenildi. Bir ordunun döyüşmə əzminin və qərarlığının sərhəddi, səviyyəsi vardır. Füzulinin, ondan bir gün sonra da Xudafərinin azad olunması Ermənistan ordusunu və xalqını mənəvi olaraq əzib bitirdi. Füzuli şəhəri azad edildikdən, Azərbaycan Ordusu Xudafərin körpüsünə çatdıqdan sonra, ermənilər psixoloji olaraq həmin dəqiqədən etibarən müharibəni uduzmuşdu”.

Əvvəlki yazı

“Hafiz Hacıyevin prezidentlə onlayn görüşündən sonra…”

Sonrakı yazı

Əməkdar artistin atası vəfat etdi

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.