20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir yerdə olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək

21 Fevral 2024, 15:39
Cəmiyyət
A A
Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir yerdə olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək

Türkiyə Azərbaycanın hər bir işində yanında olan dövlətdir. 44 günlük vətən müharibəsində də Azərbaycan xalqı savaşın ilk saatlarından qardaş Türkiyənin dəstəyini hiss etdi. Türkiyə prezidenti demək olar ki, bir çox ermənipərəst dövlətləri Azərbaycanın haqq işinə müdaxilə etməkdən çəkindirdi.

Türkiyə prezidentinin “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır”- deməsi bizim üçün siyasi və mənəvi dəstək idi. Bu kəlmələr xalq arasında, əsgərlər arasında ruh yüksəkliyi yaratdı və 30 il ərzində həll edilə bilinməyən məsələni Azərbaycan öz gücünə cəmi 44 günə həll etdi. Savaş meydanında işğalçı düşmənə qalib gələrək öz tarixi torpaqlarına sahib oldu.

Odur ki, Azərbaycan prezidenti cənab İlham Əliyev prezident seçkilərindən sonra ilk dəfə Azərbaycana qardaş və siyasi müttəfiq olan Türkiyəyə səfər etdi.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da prezident seçkilərində qalib gələndən sonra ilk dəfə Azərbaycana səfər etmişdir. Türkiyə Azərbaycan əlaqələri həmişə qardaşlıq əlaqələri olub. Lakin Türkiyənin İkinci Qarabağ savaşında Azərbaycana göstərdiyi dəstəkdən sonra bu dostluq-qardaşlıq münasibətləri daha da dərinləşdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyənin paytaxtı Ankarada rəsmi səfər zamanı mətbuata verdiyi bəyanatda qeyd edib ki, ”Bu gün biz müstəqillik Bəyannaməsini əsas götürərək bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər üzvünü gücləndirəcək.

Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü bu il iyul ayında keçiriləcək. Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cumhuriyyətlərinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.”

Prezidentlərin görüşündə dövlətlərarası ikitərəfli əlaqələrin bütün istiqamətləri demək olar ki, nəzərdən keçirilib, beynəlxalq məsələlər dəyərləndirilib.

Bu gün Türkiyə dünya çapında söz sahibidir. Dünya çapında bir sıra məsələlər Türkiyənin mövqeyindən asılıdır. Odur ki, Türkiyə bizim bölgəmizdə əmin-amanlığın və sülhün qarantıdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz bəyanatında qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik. Qərar ləgv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik.

Biz bir millət iki dövlətik deyib Ümummilli Liderimiz Heydər Əliyev. Atatürk isə Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir söyləyib. Eyni millət olan iki dövlətin münasibətləri getdikcə geniş vüsət alır. Hər iki dövlət zaman keçdikcə güclənir, yeni-yeni uğurlara imza atır.

Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi layihələr çoxdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ticarət dövriyyəmiz

sürətlə artır və rekord həddə çatıb. Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 7,5 milyard dollara çatıb. Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr qaz

ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması

nəzərdə tutulur, o cümlədə Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir.

Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün ilin ortalarında tam istismara verilməlidir. Müdafiə sahəsində də yeni imkanlar açılıb. Birgə istehsalla əlaqədar konkret planlar mövcuddur.”

Azərbaycanın daim artan siyasi, iqtisadi-sosial qüdrəti bütün sahələrin, o cümlədən müdafiə sənayesinin inkişafına güclü stimul verir.

Bəli, güclü dövlətin güclü ordusu olmalıdır. Bu gün Azərbaycan güclü dövlətlər sırasındadır və Azərbaycanın güclü ordusu vardır. Ordumuz öz gücünü 44 günlük vətən müharibəsində və cəmi 23 saat davam edən antiterror əməliyyatında göstərdi. Qarabağda keçirilən antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqlədi.

Hər il isə Azərbaycanda və Türkiyədə ordularımız 10-dan çox hərbi təlim keçirlər və beləliklə də bizim hərbi gücümüz daha da artır.

İki qardaş ölkə arasında təhsillə də bağlı önəmli anlaşma imzalanmışdır. Türkiyə-Azərbaycan Universiteninin yaradılması isə birliyimizin növbəti rəmzinə çəvriləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır”.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma memarandumu,

Azərbaycan Respublikası Höküməti ilə Türkiyə Respublikası Höküməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında,

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” bağlanmışdır.

 

Şəhla Ağbulud

“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Kamil Zeynallı azadlığa buraxıldı

Sonrakı yazı

Bakı metrosu saat 01:00-a qədər işləyəcək

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.