05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır

22 Mart 2023, 14:38
Cəmiyyət
A A
Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə cari ilin 16 mart tarixində Ankara şəhərində Türk Dövlətləri Təşkilatının “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları iştirak etmişlər. Fövqəladə Zirvə görüşündə çıxış edən cənab Prezident bir çox mühüm məsələlər haqqında danışmışdır.
Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları barədə söz açan Prezident dağıdıcı zəlzələnin on minlərlə insanın həyatına son qoyduğunu və bu hadisənin Azərbaycan xalqını kədərləndirdiyini söyləmişdir. Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilmişdir. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycanın dünya ölkələri arasında birinci olduğunu vurğulayan Prezident xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfərin sağ çıxarıldığını, 780 nəfərin cəsədinin dağıntılar altında aşkar edildiyini, tibb personalımızın 3 mindən artıq şəxsə tibbi xidmət göstərdiyini qeyd etmişdir. Hər zaman Azərbaycan və Türkiyənin sevincli və kədərli günlərdə həm maddi, həm mənəvi şəkildə bir-birinin yanında olacağı barədə mesaj ötürən cənab İlham Əliyev zəlzələdə zərərçəkmiş bölgəyə olunan maddi yardım haqqında da məlumat vermişdir: “Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır”.
Prezident İlham Əliyev 44 günlük müharibədə Türkiyə hökumətinin və xalqının bizə etdiyi dəstəyi də yada salmışdır: “Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi”. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini vurğulayan cənab İlham Əliyev bu Bəyannamənin hər iki dövlətin müttəfiqliyinin rəsmi səviyyəyə qaldırdığını söyləmiş, qardaş Türkiyənin beynəlxalq nüfuzundan söz açmışdır. Prezident bildirmişdir ki, Türkiyə son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir: “2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir”.
Zirvə görüşündə torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimizin, tarixi və dini abidələrin, qəbiristanlıqların Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılması məsələsinə də toxunulmuşdur: “Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub”.
Hələ də Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlərin qaldığını, Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozduğunu və buna görə məsuliyyət daşımalı olduğunu qeyd edən Prezident 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycanın bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri apardığını, nadir, misli görünməmiş yenidənqurma modelinin tətbiq etdiyini vurğulamışdır: “Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Bütün bərpa işləri hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrası başlanıb”. Türkiyə şirkətlərinin də yenidənqurma işlərində fəal iştirak etdiyini söyləyən Prezident digər türk dövlətlərinin də fəaliyyətindən – Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikildiyini, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunduğunu qeyd etmişdir.
Cənab Prezident Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimizin də problemlərinə toxunmuş, orada məhv edilmiş abidələrimizə də diqqət çəkmiş, öz ata-baba yurdlarından didərgin düşənlərin Qərbi Azərbaycan İcmasında birləşdiyini, tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyduqlarını vurğulamışdır: “Biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsip əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”.
Türk dünyasının birliyini və gücünü əks etdirən, qardaş ölkələrin daha çox yaxınlaşmasına xidmət edən və Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü bir daha onu sübut etdi ki, Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır.

Səhər Orucova
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru

Əvvəlki yazı

Rusiya inflyasiyanın aşağı düşəcəyini gözləyir

Sonrakı yazı

Son dəqiqə… Prezident Ərdoğan: HDP əvvəldən yeddinci ortağı idi, masanın altından zirvəyə qədər getdi

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.