15 yaşlı Vətən ölür bir nikahda,
15 yaşın boynu vurulur
bir nişan üzüyündə…
15 yaşında işğal edilir
bir uşağın bədəni…
Bir üzüyün çevrəsində
dilini udmuş ömür yorulur.
Tanrı da düşür uşaqların gözündən…
Bəs kimdir xoşbəxtlik axtaran bu günahda?…
O… O… O…
Övladını öyrənmədiyi hərflərə
qurban kəsən bir ata…
O… O… O…
Qızından öz gəncliyinin
və
gəlinciyinin heyfini çıxan ana!…
O… O… O…
Tanrısına alın yazısı yazan “cəmiyyət”!
Daha bəsdir!
Bütün erkən nikahları
əbədilik buraxın,
buraxın ehtiyata…
Daha bəsdir!
Qurtarın işğallardan
evinizdəki Vətəni!
Tural Turan