Tural Gəncəliyevə SƏRT TƏPKİ: “Təbrik etdiyi “matışka”nı da götürüb Xankəndidə yaşasın”

Bu fikirləri deputat Tural Gəncəliyevin köməkçisi Samir Məmmədovun “Eurovision Junior”un qalibi olan ermənini erməni dilində təbrik etməsinə münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Hafiz Hacıyev deputatı sərt tənqid edərək belə şeyin normal olmadığını vurğulayıb:

“Ona görə bu günə qalmışıq, ona görə pərakəndə haldayıq. Bilmirəm, Xankəndidə hansı erməni Tural Gəncəliyevə səs verib. Səviyyə odur da, bundan ibarətdir. Bundan qabaq deyirdi ki, erməni dilini öyrənək. Sonra gedib hansısa erməni “matışka”sı qalib gəlir, onu təbrik edir. Bu cür səviyyəsiz adamlarla hara gedəcəyik, bilmək olmur. Tural Gəncəliyev bilmirəm, haradandır, kimin adamıdır, gətirib sırıyıblar təyin edilmiş deputatlar sırasına. Belə səviyyəsiz adamların o cür səviyyəsiz çıxışları da olmalıdır. Tural Gəncəliyev üç-dörd ay qabaq Xankəndiyə köçürdü. Kişiliyi çatırsa, gedib Xankəndidə ermənilərə, Akopgilə desin ki, mən sizin deputatınızam. Getsin elə təbrik etdiyini alıb onunla birlikdə yaşasın. Bunu normal qəbul etmirəm. Prinsip olmalıdır. Kişinin prinsipi olmalıdır. Ofis axtarırdı Xankəndidə, gedib otursun da orada. Yersiz söhbətləri qəbul etmirəm”.

Bizim Video
Next Post

Discussion about this post

Son Xəbərlər

Seçmə