Mən indiki məqamda Azərbaycanda kiminsə mitinq keçirməsini qətiyyən təsadüfi hesab etmirəm.
Musavat.com xəbər verir ki, bu sözləri AĞ Partiyanın başqanı Tural Abbaslı TV Musavatın efirində deyib.
Müxəlifət lideri mitinq çağırışlarının nisbi sabit dövründə deyil, məhz parlament seçkilərinin keçiriləcəyi, İsraillə İran arasında gərginliyin artdığı dövrdə gücləndiyinə diqqət çəkib.