Tunis sahil mühafizə qrupları Aralıq dənizi üzərindən İtaliyaya çatmaq üçün Safakes şəhərindən yola düşən miqrant qayıqlarına müdaxilə edib.
Qayıqlardan birinin pis hava şəraiti səbəbindən batdığı, 1 nəfərin öldüyü, 1 nəfərin itkin düşdüyü bildirilib.
Sahil mühafizəsi tərəfindən verilən açıqlamada, əməliyyat zamanı son 24 saatda Saharaaltı Afrika ölkələrindən olan 792 qeyri-qanuni miqrantın xilas edildiyi qeyd edilib.
Tunis Milli Qvardiyasının verdiyi açıqlamada 2023-cü ilin ilk 3 ayında 14 min 406 nizamsız miqrantın qayıqlarla xilas edildiyi bildirilib.