class=”medianet-inline-adv”>
Aralıq dənizində qeyri-qanuni miqrantların dramı davam edir. Tunisdən İtaliyaya gedən daha bir miqrant qayığı batıb. Tunis Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada 14 nəfərin batan qayıqdan xilas edildiyi, 35 nəfərin isə həyatını itirdiyi bildirilib. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, 2023-cü ilin ilk üç ayında Aralıq dənizində 499 nəfərin ümid səyahəti ölümlə nəticələnib.