11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Trol” işləyən şəxsdən maraqlı açıqlama: “Ayda 3-4 min qazanmaq olur”

01 Dekabr 2022, 15:34
Gündəm, Cəmiyyət
A A
“Trol” işləyən şəxsdən maraqlı açıqlama: “Ayda 3-4 min qazanmaq olur”

 

“”Trol” deyib təhqir etdikləri insanlar da çörəkpulu qazanmaqdan ötrü o işi görürlər. Onlar (hökumətyönlü jurnalistləri, bloqerləri nəzərdə tutur-red.) məmurların pulu ilə yazı yazıb-pozur, oturur-durur. Biz də tapşırılan sözləri yazırıq. Neynəyək, ac qalaq?”, – bu sözləri AzadlıqRadiosuna müsahibəsində sosial şəbəkələrdə ona tapşırılan rəyləri yazaraq pul qazanan, başqa sözlə, trolluq edən B.B. deyib.

Trolluğa gedən yolda ilk addım

B.B. 12 ilə yaxın müxtəlif nazirliklərdə çalışıb. 2017-ci ildə isə səhhətindəki problemlər ucbatından işdən ayrılmalı olub. 2020-ci ildə COVID pandemiyasının dünyanı bürüdüyü vaxtda B.B. internetdə iş elanlarına baxanda maraqlı bir vakansiya ilə rastlaşıb. B.B. elanın tələblərini oxuduqca, öz sözləri ilə desək, gözləri parlayıb.

“Hamının işsiz qaldığı vaxtda qarşılaşdığım elan məni təəccübləndirdi. Başlanğıc üçün 2 min manatdan başlayan sosial media meneceri axtarırdılar. İş saatı pandemiya zamanı evdən səhər saat 9-dan axşam saat 9-a kimi idi. Pandemiyadan sonra isə səhər 9-dan axşam 6-a kimi nəzərdə tutulmuşdu. İş şərtləri isə “əsas sosial şəbəkə hesabın, telefonun, internetin olsun, qalanı izah edilir”, – deyə yazılmışdı. Mən də əlaqə saxladım, görüş üçün “Nizami” metrostansiyası yaxınlığında bir plazaya çağırdılar. Görüşə gedəndə məlum oldu ki, məsələ nə imiş”, – o, AzadlıqRadiosuna müsahibəsində bildirib.

 

Klaviaturanın arxasındakı kimdir?

B.B. ona iş müsahibəsi zamanı siyasi və dini görüşü, siyasi partiyalara, siyasətçilərə münasibəti haqda xüsusi suallar verildiyini deyir: “Müsahibə kompüter üzərindən təşkil edildi. Sualların böyük əksəriyyəti siyasi məzmunlu idi. “Rüşvət alan adamı sosial mediada tənqid edərsənmi”, “Mitinqə çıxmısınızmı və ya hansı hallarda çıxarsınız”, “Hüquq-mühafizə orqanlarına münasibətiniz necədir”, “Siyasi partiya üzvlüyünüz varmı, yoxdursa, səbəbi nədir” tipində bir çox sual var idi. Vaxtilə nazirlikdə çalışdığım üçün onsuz da siyasi düşüncələrim onların istədiyi yöndə idi, yəni hakimiyyətyönlü. Sualları cavablayıb evə getdim. Üç gün sonra zəng gəldi ki, işə qəbul olmusunuz”.

Bir-iki sosial şəbəkə hesabı üçün 600 manat…

B.B. deyir ki, işə qəbul olan gündən bugünə kimi verilən siyahıya uyğun olaraq paylaşımlara rəy yazmaqla məşğuldur. O, əsasən, müxalifət təmsilçilərinə mənfi, hakimiyyətə yaxın partiyaların isə təbliğatına yönəlik rəylər yazdığını söyləyir: “İşin ilk iki-üç həftəsi bizə təlim keçirildi. Təlim də oturub nəyisə izah etmək deyildi, ilk gündən tapşırılan statuslara rəy yazırdıq. Məsələn, cəbhəçilər (müxalifətdə olan AXCP fəalları), feministlər aksiya keçirirdi. Deyirdilər ki, “girin aksiyanı pisləyin, onları Qərbdən maliyyələşənlər adlandırın”. Mən onsuz da siyasi görüşümə görə YAP-çıyam, feministləri isə ailə dağıtmaq üçün qurulmuş təşkilat hesab edirəm. Ona görə də aksiyalara çoxlu rəy yazmaq mənə maraqlı idi. Amma pis işlədiyini düşündüyüm nazirlikləri tərifləmək tapşırılanda özümdən iyrəndiyim olurdu. Amma neyləyəsən, çörəkpuludur”.

O danışır ki, işin qazancı rəyin təsir gücündən və sayından asılı olaraq dəyişir: “Burada, bəzilərinin düşündüyü kimi, “bomba” gəlir yoxdur. İşləməlisən ki, qazanasan. Əgər bir profilin varsa, ancaq oradan yazılan rəylərə əsasən pul alırsan. Ya da təkcə siyasi mövzularda paylaşımlara rəy bildirirsənsə, yalnız bunun pulunu alacaqsan, 600-1000 manat arası. Əgər gecə-gündüz demədən işləyib, deyilən hər rəyi yazır, hər işi görürsənsə, yaxşı da qazanırsan. Aylıq qazancın 3-4 min manata çatır”.

Onun dediyinə görə, üzv olduğu şəbəkədə hazırda işləyənlər, əsasən, 25-45 yaş arasıdır. B.B. siyasəti yaxşı bilən və texnologiyadan anlayışı olan 55 yaşa qədər şəxslərin də trolluq etdiyini söyləyir: “Xanımlar yoxdur, varsa da, ofisdə oturmur. Əsasən kişilərdir. Onların da bir hissəsi ikinci iş kimi saat 6-dan sonra gəlir. Aramızda hökumət saytlarının işçiləri, nazirlik əməkdaşları, müəllimlər də var. Kollektiv də yaxşıdır, əsas odur gizlilik qorunur”.

Onu da qeyd edir ki, rəy yazmalı olduqları paylaşımları özləri seçmir, tapşırıq əsasında formalaşır.

İki-üç profildən yazdığını deyən B.B. əlavə edir ki, o, bəzi trollar kimi şərhlərində təhqirdən istifadə etmir, öz düşündüklərini ifadə etməyə çalışır.

“Meta” şirkəti bir elektron ünvan üzərindən açılmış, şübhəli görünən profilləri bağlayanda isə onlar həmin profilləri geri qaytarmağa vaxt sərf etmirlər, əvəzində yeni profillər açırlar.

Trolların arxasında dayananlar

B.B. trol şəbəkəsinin birbaşa hakimiyyətə bağlı olduğuna işarə etsə də, kimlərdən tapşırıq aldığını demir: “İnsan çörək yediyi qaba tüpürməz. İndi bizi kimin maliyyələşdirdiyini desəm, düzgün olmaz. Amma heç kim inkar eləmir ki, ən yuxarıdakı şəxslərin birgə nəzarəti ilə işləyirik. O vaxt dedilər ey, polis, YAP var trolların dalında. O da düz söhbət idi, biz də bunları eşidirdik. Amma dəqiq kiminsə adını çəkə bilmirəm. Hamının bəyəndiyi bir məmur da var, ara-sıra gəlir bizi “Nizami” metrosu yaxınlığındakı ofisdə ziyarətə. Deputatlardan da gələn olub, bizə rəhbərlik edən adamla danışıb gedib”.

B.B. əlavə edib ki, sözügedən şəbəkədə təxminən mindən çox adam çalışır. Onun sözlərinə görə, şəbəkə həm də öz daxilində sektorlara ayrılıb.

Əvvəlki yazı

Ruslar Ukraynanın daha bir kəndini işğal etdi

Sonrakı yazı

Turan tamaşaçını aşağıladı, cavabını aldı: “Bizə nifrət edirlər”

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.