14-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TRAMPIN SURİYADAN NİYƏ ÇƏKİLMƏK İSTƏDİYİ BİLİNDİ:”Qalmamızı istəyirsinizsə, pulunu ödəməlisiniz” – TƏHLİL

08 Aprel 2018, 09:48
Dünya
A A
TRAMPIN SURİYADAN NİYƏ ÇƏKİLMƏK İSTƏDİYİ BİLİNDİ:”Qalmamızı istəyirsinizsə, pulunu ödəməlisiniz” – TƏHLİL

Özcan Tikit

“Habertürk”, Türkiyə

ABŞ prezidenti Donald Tramp “Suriyadan çox yaxında çəkiləcəyik” deyərkən ciddiyə alınmadığını anladığına görə, sözlərini təkrar etmək ehtiyacı duyub. Ancaq budəfəki nitqində “Səudiyyə Ərəbistanı Suriyadan çəkilmə məsələsilə bağlı verəcəyimiz qərarla çox yaxından maraqlanır. Mən də dedim ki, əgər bizim Suriyada qalmamızı istəyirsinizsə, pulunu ödəməli olacaqsınız”deyərək, çəkilmənin verilmiş qərardan çox bazarlığa yönəlmiş bir xüsus olduğunu göstərmiş olub.

Aydındır ki, Tramp ABŞ ordusunun Suriyadakı rolunu “muzdlu əsgərliyə”endirmək kimi soysuz davranışdan narahat olmur. Bununla birlikdə, bunun Tramp tərəfindən söylənmiş olması da bu soysuz davranışın altında yatan həqiqətin analizə möhtac olmadığı mənasına gəlmir.

Trampın etirafı ABŞ-ın Suriyaya müdaxiləsinin lap əvvəldən Səudiyyə Ərəbistanı liderliyindəki “Körfəz cəbhəsi” tərəfindən təşviq edildiyini sübut edir. Sadəcə Suriyada deyil, “Ərəb baharı” sonrasında regionu əsir alan xaosun böyüməsində də bu cəbhənin böyük rolu vardır.

Əslində, bu cəbhənin Suriyadakı rolu da yeni deyil. Sabiq ABŞ prezidenti Barak Obama Suriyaya yönəlik müdaxilə üçün Konqresdən razılıq almağa çalışarkən də eyni “kirli alt paltarları” ortaya dağılmışdı. 2013-cü ilin sentyabr ayında Senatın Xarici Əlaqələr Komitəsində bir iclas olmuşdu. Respublikaçı senatorİleana Ros-Lehtinen də bu iclasda həmin dövrdə Xarici işlər naziri olan Con Kerriyə “Suriyaya hərbi müdaxilənin xərcləri necə qarşılanacaq?” sualını yönəltmiş və bu cavabı almışdı: “ABŞ-ın bütün işi öz üzərinə götürməsi halında, bəzi ərəb ölkələri bütün xərcləri qarşılayacaqlarını söylədilər…”

Kerrinin bu etirafından qısa bir müddət sonra ABŞ-ın YPG ilə qol-qola girərək, Türkiyə sərhəddində özünə, sanki, bir təhlükəsizlik bölgəsi qurmağa başladığını bu gün geri dönüb baxdıqda, daha aydın görə bilirik.

PKK-ya dəstək

“Körfəz cəbhəsi”ndəki ölkələr isə bu etirafın ardından silah alınması adı altında bağlanan müqavilələrlə ABŞ-a yüz milyardlarla dollar axıtdılar.

Başqa önəmli bir hadisə də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın açıqladığı, Qırmızı dəniz sahilində NEOM adlı bir meqaşəhər inşa etmə layihəsi idi. 500 milyard dollarlıq fond ayrılan NEOM-un inşası üçün ötən ay 13 ABŞ şirkətinə Səudiyyə Ərəbistanı Ümumi İnvestisiya Korporasiyası tərəfindən iş lisenziyası verilib.

Anlayacağınız odur ki, bu mənzərə Trampın (Suriyadan – tərc.) çəkilməmək üçün təqdim etdiyi hesabın onsuz da ödənməkdə olduğunu göstərir. ABŞ-ın Suriyadakı hərbi fəaliyyətləri Körfəz ölkələri tərəfindən artıqlamasıyla maliyyələşdirilir.

Vəziyyət belə olduğu halda, Tramp nə üçün indi hərbçiləri geri çəkəcəyini söyləyərək, məsələni deşdikcə deşir, buna baş sındırmaq lazımdır.

Məsələn, sünni ərəb dünyasına liderlik etmək iddiası ilə ön plana çıxan/çıxarılan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Suriyada da təsirli rol oynadığının hər kəs tərəfindən bilinməsini arzulaya bilərmi? Ya da Səudiyyə Ərəbistanı Yəməndən sonra Suriyada da konkret bir hərbi varlıq göstərmək istəyə bilərmi?

Bu yerdə Səudiyyə Ərəbistanının Körfəz işləri üzrə naziri Tamər əl-Şabanın sentyabr ayında (2017-ci il – tərc.) ABŞ prezidentinin İŞİD-lə mübarizə üzrə təmsilçisi Brett MakQörklə birlikdə Raqqanı ziyarət etməsini də sizə xatırlatmam lazımdır. Bu ziyarət Səudiyyə Ərəbistanının Suriya səhnəsində özünü təklif etməsi və SDG ilə birlikdə eyni fotokadra girməsi baxımından bir ilk idi. Səudiyyəli nazir Raqqada iştirak etdiyi toplantıda SDG-nin müşaviri Amed Şidoya bölgənin yenidən qurulmasına dəstək verəcəklərini söyləmişdi. Təbii ki, Raqqada başqa nələrin müzakirə edildiyini hələlik bilmirik. Amma Trampın “Suriyada olmamız Səudiyyə Ərəbistanı ilə sıx əlaqəlidir” sözləri, sizcə də, ABŞ-ın elə  Səudiyyə Ərəbistanı istədiyi üçün Suriyada PKK-ya dəstək verməsi mənasına gəlmirmi?

Yekun sözüm odur ki, indilik böyük bir iştah və həyəcanla “mülayim islam”ın lideri olma yönündə iddialı mesajlar verən vəliəhd şahzadə Salmanla özünü dünyaya “Orta Şərqin yeganə dünyəvi gücü” olaraq təqdim edən SDG arasındakı əlaqələr diqqətlə izlənməyə dəyər kimi görünür.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Prezidentliyə namizəd Nərimanovda seçicilərlə görüşüb – Fotolar

Sonrakı yazı

Prezident Səhiyyə Nazirliyinə 7.6 milyon manat ayırdı –Şəmkirdə xəstəxana tikiləcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00
Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

14 Avqust 2025, 10:54
Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

14 Avqust 2025, 10:53
Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

14 Avqust 2025, 10:47
Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

14 Avqust 2025, 10:45
Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.