Manhettenin dairə prokuroru Sayrus Vens ABŞ prezidenti Donald Trampın maliyyə fəaliyyətinin kriminal araşdırmasını aparır.
Məlumatı “NBC News” telekanalı yayıb.
Məlumata görə, “Trump Organization” artıq “sığorta və bank dələduzluğu” ittihamı üzrə istintaq altındadır.
“Report” xatırladır ki, daha əvvəl böyük münsiflər heyəti bu təşkilatın maliyyə sənədlərini tələb edib. Ancaq vəkillər bildiriblər ki, bu iddia ABŞ liderinin siyasi motivli təqibi kimi rədd edilməlidir.
Bu halda Vens müdafiəçilərlə razılaşmayıb. O, məhkəmədən Trampın vəkillərinin tələbini rədd etməyi tələb edib. Prokuror “Trump Organization”da geniş və uzunmüddətli kriminal fəaliyyət haqqında ictimai xəbərlərə” istinad edib.