11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TRAMP TÜRKİYƏ HAQQINDA NƏ DÜŞÜNÜR? –Türkiyəsiz Suriyada uğur qazanmaq mümkün deyil – TƏHLİL

25 Dekabr 2018, 10:28
Manşet
A A
TRAMP TÜRKİYƏ HAQQINDA NƏ DÜŞÜNÜR? –Türkiyəsiz Suriyada uğur qazanmaq mümkün deyil – TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 24 dekabr 2018-ci il

 

Yazıya çox iddialı bir başlıq qoyduğumu anlayıram. Çünki çox yaxınında olan insanların belə, çətin anladığı bir Prezidentin Türkiyə haqqında nə düşündüyünü anlatmağa girişmək olduqca iddialı bir işdir. Ona görə də, bu yazının necə ortaya çıxdığını da açıqlamalıyam.

Prezidentin Türkiyə haqqında düşünərkən ağlına nələrin gəldiyini üç fərqli başlıca qaynaq vasitəsilə yoxladım.

1. Bu şəhərdə ABŞ-ın ortaya düşüncə qoyan quruluşlarına hakimiyyətin bir parçası olaraq baxılır. Başqa sözlə, Türkiyə ilə bağlı qurumları olan düşüncə quruluşları hakimiyyətin ölkəmiz haqqında olan düşüncə prosesinin tam mərkəzindədirlər.

2. Bu şəhərdə işləməyə ilk dəfə 1992-ci ildə başladım. O dövrdə vəzifə müddətim bitdikdən sonra da əlaqələrimi heç kəsmədim. Bu əlaqələr sayəsində o günlərdə çoxsaylı, xüsusilə neokon meylli bürokratlarla çox sıx və yaxın təmas imkanlarım oldu. O insanların, demək olar ki, hamısı, – indi mənim kimi yaşlı insanlar olsalar da, – hakimiyyətlə çox yaxın əlaqələrə malikdirlər. Məsələləri çox yaxşı bilirlər və mənimlə söhbət etməyə də, köhnə dostları kimi, önəm verirlər.

3. Onların yaxından tanıdığı milli təhlükəsizlik sahəsinin jurnalistlərilə mən də tanış oldum və hətta qurduğumuz bir qrupla hər həftə görüşərək, Vaşinqtonda pərdə arxasında baş verənləri müzakirə edirik.

Tanış olduğum bu köhnə bürokratların hələ də hakimiyyət daxilində əlaqələri var. Mən Türkiyə ilə əlaqədar hər hansı bir vəzifəli şəxslə təmas qurmaqda çətinlik çəkərkən ya onlar, ya da jurnalist dostlarım mənə yardımçı olurlar.

Bilirəm, bu, qeyri-adi haldır, lakin…

Ümumiyyətlə, bir jurnalistin öz xəbər qaynaqları və iş üslubu ilə bağlı belə açıqlamalar verməsi qeyri-adi haldır, lakin bugünkü mövzu ilə əlaqədar buna məcbur oldum. Oxucu qarşısındakı məsuliyyətim bunu tələb edir. Ona görə də, bu yazıya atdığım başlıq iddialı kimi görünsə də, əslində, belə deyil. Çünki yuxarıda qeyd etdiyim səbəblərə görə, Prezidentin Türkiyə haqqında düşünərkən öz yaxınında olan şəxslərə söylədiklərini anlama imkanına sahibəm.

Prezident Tramp, Prezident Ərdoğanla telefon danışığından sonra hərbçilərin geri çəkilməsi haqqında daha rahat şəkildə qərar aldı. Çünki qərar alarkən, əslində, sıradakıları da düşünürdü:

1. Prezident Tramp, Türkiyənin Suriyada daha öncə həyata keçirdiyi iki hərbi hərəkatı da (“Fərat qalxanı” və “Zeytun budağı”) çox bəyənmişdi. Öz bürokratları onlara qarşı çıxdığı halda, həmin hərəkatları uğurlu hesab etmişdi. Çünki Prezident Tramp, hərbi qüvvələrinə trilyonlarla dollar xərcləyən ABŞ-ın xilas etdiyini söylədiyi hər bir bölgədə (Məsələn, Raqqa, Mosul) öz arxasında böyük bir dağıntı buraxdığını və bu dağıntının da bölgədə Amerikanı daha da yalnızlaşdırdığını görürdü.

Əksinə, Türkiyə reallaşdırdığı hərbi hərəkatlarla xilas etdiyi bölgələrdə mülki əhaliyə qarşı çox diqqətli davranırdı. Onların zərər görməməsi üçün əlindən gələni edirdi. Türkiyə, yaşayış yerlərində, mümkün olduqca, az dağıntı olmasına səy göstərirdi. Hərbi hərəkat başa çatdıqda isə Türkiyə, mülki həyatla, infrastrukturla birlikdə, yerli əhalinin normal həyata keçişini sürətlə həyata keçirirdi.

ABŞ isə öz nəzarətində olan bölglərdə bunu heç cür edə bilmədi. Bu da Trampı çox narahat etdi.

 

“Yumşaq güc”ün önəmi

 

2. Beləliklə, Türkiyənin bölgədəki “yumşaq güc”ü (“soft power”) çox artdı. Türkiyə, bölgə xalqları arasında ən çox güvənilən güc halına gəlməyə başladı. Xüsusilə gənclər bölgəyə müəllim və həkim göndərən, məktəb və xəstəxana açan, təhsil və tibb xidməti, elektrik verən Türkiyəyə sevgi hissi duyurlar.

3. Ayrıca, Prezident Tramp, yaxında bölgədə iki önəmli prosesin – (Suriya – tərc.) konstitusiyanın işlənib hazırlanması və ölkənin bərpa edilməsinin başlayacağını da düşünür. Prezident Tramp, Türkiyənin içində olmadığı halda, bu proseslərin hər ikisinin də uğurlu olmayacağını görür və bilir. O, bu müddət ərzində ABŞ-ın bölgədə Rusiya qarşısında söz sahibi ola bilməsi üçün Türkiyə ilə əlaqəli işləməsinin lazım olduğunu da görür.

 

Yenidən bərpa prosesində logistikanın önəmi

 

4. İş adamı olan Tramp, Suriyanın yenidən qurulmasının nə qədər böyük bir proses olacağını çox yaxşı bilir.Prezident Tramp, bölgəyə baxdıqda və yerli xalqın davranışlarını gördükdə, Türkiyənin yenidənqurma işinin içində olmadığı təqdirdə, bu işin imkansız olacağını aydın şəkildə gördü.

Bütün bunları nəzərə alan Prezident Tramp, Prezident Ərdoğanla telefon danışığından sonra çox xoşlamadığı bəzi komandanların, onların fantaziyalarının arxasınca getmək yerinə, böyük dövlət ənənələri, bölgədə müdhiş ideoloji liderlik gücü, dünyanın ən güclü ordularından birinə sahib və güclü infrastrukturu olan Türkiyə kimi bir dövlətlə əlaqəli şəkildə hərəkət etmək haqqında rahatlıqla qərar aldı.

Sonda mənim üçün çox önəmli olan bir şeyi də əlavə etmək istəyirəm. Prezident Ərdoğanın ətrafındakı bu işi idarə etməyə məsul olan kadrlar prosesi çox uğurla idarə etdilər. Xüsusilə “Xaşuqcı cinayəti” sonrasında göstərilən peşəkarlıq və idarəçilk, həqiqətən, inanılmazdı.

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Birinci vitse-prezidentin Katibliyi bəyanat yaydı:”Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil”

Sonrakı yazı

Bakı Polisi reydlərə başladı –Xeyli sayda partlayıcı oyuncaq və pirotexniki vasitə aşkarlandı

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.