CNN-də yayımlanan “Town Hall” proqramında qonaq olan Tramp hücumda məhkum olunanlara qarşı ədalətsiz davranıldığını iddia edərək, “Mən namizəd olsam və siz qalib gəlsəniz, o insanlara ədalətli davranacağam. Hamısına olmasa da, ədalətli davranacağam. “Çünki onların bir neçəsi nəzarətdən çıxıb – Mən onların əksəriyyəti üçün dərhal amnistiya elan edəcəm” dedi.
2020-ci il seçkilərinin saxtalaşdırıldığını iddia edən Tramp yanvarın 6-da paytaxta toplaşan tərəfdarlarına müraciət edərək, “Biz heç vaxt təslim olmayacağıq, məğlubiyyətimizi heç vaxt qəbul etməyəcəyik” deyib.
Bu çıxışdan sonra böyük bir qrup insan təhlükəsizlik baryerlərini keçərək Konqresin binasına daxil olub.
5 nəfərin həyatını itirdiyi hücumdan sonra 1000-ə yaxın adam məsuliyyətə cəlb edilib. Bu işdə 600-dən çox adam təqsirli bilinib.




















