Cənubi Karolina ştatının Çarlston şəhərində mayın 7-də adi yol nəzarəti üçün polis tərəfindən saxlanılan avtomobildə olan sərnişin qəfildən maşının yanında dayanan polislərə atəş açmağa başlayıb. Hadisə zamanı çevik hərəkətə keçən polis hücumçunu zərərsizləşdirib. 3 güllə yarası alan digər polis isə xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Polis rəisi Kristin Qratsiano mayın 12-də patrul maşınının təhlükəsizlik kamerasında baş verən hadisənin görüntülərini paylaşaraq “Bu videoya baxmaq çətindir. Vətəndaşlarımızı qorumaq üçün hər gün həyatlarını riskə atanlara qarşı zorakılıqdan inciyirəm. Polisin yüksək səviyyəli hazırlığı bizim özümüzdən birini dəfn etmək məcburiyyətində qalmamıza mane oldu. “Onlar qanunsuz olaraq odlu silah gəzdirən məhkum edilmiş cinayətkarın atəşi altında layiqli və peşəkarcasına hərəkət ediblər”.