Nenad Bjelicanın rəhbərliyi altında növbəti mövsüm üçün heyət planlamasını davam etdirən “Trabzonspor”da ayrılıq yaşanıb.
class=”medianet-inline-adv”>
Bordo-göy klub mövsümün əvvəlində “Ayaks”dan icarəyə götürdüyü Naci Ünüvarla müqaviləyə xitam verib.
Trabzonsporun açıqlaması belə;
“Klubumuzla peşəkar futbolçumuz Naci Ünüvar arasında 31.05.2023-cü il tarixli peşəkar futbolçu müqaviləsinə qarşılıqlı xitam verilib”.
“Trabzonspor” forması altında 12 matça çıxan 19 yaşlı futbolçu 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
Maddi cəhətdən çətin anlar yaşayan “Trabzonspor” daha əvvəl Vitor Hüqo və Bruno Pereslə yollarını ayırmışdı.