“Trabzonspor”un baş məşqçisi Orhan Ak istefa verib.
Qol.az xəbər verir ki, o, Türkiyə kubokunun 1/4 finalında “Ankaragücü”nə 1:3 hesabı ilə uduzduqları oyundan sonra bu barədə bildirib. 43 yaşlı mütəxəssis kluba zərər verməmək üçün bu addımı atdığını vurğulayıb. Qeyd edək ki, Abdullah Avcının martda istefaya göndərilməsindən sonra köməkçi məşqçi Orhan Ak bu mövsümün sonuna kimi komandanın baş məşqçisi təyin olunmuşdu.