Sabah Kadıköydə Fənərbaxçanın qonağı olacaq Trabzonsporda Nenad Bjelica matç saatına gərgin işlərlə hazırlaşır. Bjelica karyerasında ilk dəfə Xorxe Xesusun rəqibi kimi həmkarının taktiki birləşmələrinə diqqət yetirir.
Xorvatiyalı çalışdırıcı rəqibinin necə formalaşdırıldığını, müdafiədə necə dayandığını, keçmiş derbilərdəki çıxışını və mövsümün ilk yarısında Trabzonda keçirdiyi matçı təhlil edir və ehtiyat tədbirləri görür. Fənərbaxçanı və Xorxe Jesusun qura biləcəyi sistemləri bu analizlərlə komandasına çatdıran 51 yaşlı məşqçi planlarını 3 nöqtə üzərində qurur. Üstəlik, daha əvvəl “Fənərbaxça”ya transferdə adı keçən və bu səbəbdən sarı-göylüləri yaxından tanıyan Bjelica, Kadıköyün ab-havasını da yaxşı bilir. Mövsümün son dövründə 3 xal toplayaraq azarkeşlərinə derbi qələbəsi bəxş etmək istəyən Bjelica futbolçuları ilə də yaxından maraqlanır və beynində ilk 11-liyi formalaşdırır. Qara dəniz komandası nəhəng matçın hazırlıqlarını davam etdirib. Bildirilib ki, tünd qırmızı-mavili futbolçular koordinasiya proqramından sonra əsas diqqəti taktiki işlərə yönəldiblər.
class=”medianet-inline-adv”>
