08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“TOYUQ HİNİNDƏKİ TÜLKÜ”… –Rus mafiyası “İnterpol”a nəzarəti ələ keçirə biləcəkmi?

21 Noyabr 2018, 13:43
Manşet
A A
“TOYUQ HİNİNDƏKİ TÜLKÜ”… –Rus mafiyası “İnterpol”a nəzarəti ələ keçirə biləcəkmi?

ABŞ senatorları (hər iki palatanın) Aleksandr Prokopçukun “İnterpol”a rəhbər təyin edilməsinə qəti şəkildə qarşı çıxıblar. Senatorların ABŞ prezidenti Donald Trampa ünvanladığı açıq məktubda bildirilir ki, rusiyalı general Prokopçuk “toyuq hinindəki tülküdür”. Eyni mətnli məktub “İnterpol” Baş Assambleyasına da göndərilib.

Müraciəti 4 senator imzalayıb – respublikaçı Rocer Uiker, Marko Robio, eləcə də demokrat Cin Şahin və Kris Kuns.

Məktub müəllifləri bildirirlər ki, Rusiya dəfələrlə “İnterpol”un qaydalarını pozub və qurumun bilgilərindən siyasi opponentlərini, dissidentləri və jurnalistləri təqib etmək üçün istifadə edib.

Amerikalı senatorlar hesab edirlər ki, Prokopçuk Putinin avtoritar rejiminin möhkəmlənməsinə, Rusiyada demokratik institutların zəiflədilməsinə hesablanan qorxutma strategiyasının gerçəkləşməsində şəxsən iştirak edənlərdəndir.

Kremlin mətbuat katibi Dmitri Peskov məsələyə operativ reaksiya verərək senatorların məktubunu seçki prosesinə müdaxilə kimi qiymətləndirib.

ABŞ senatorları ilə yanaşı, müxalifyönlü Azad Rusiya Forumunun üzvləri də Prokopçukun namizədliyinə qarşı çıxıblar. Və bildiriblər ki, “İnterpol” kimi nüfuzlu qurumun rəhbərliyinə Prokopçuk kimi, öz ölkəsinin vətəndaşlarının hüquq və azadlıqlarını boğan, beynəlxalq öhdəlikləri pozan və bir neçə aqressiv savaşın iştirakçısı olan şəxs gətirilə bilməz.

Rusiya hökumətinin təqibi ilə üzləşdikləri üçün xaricə üz tutan rusiyalı biznesmenlər də analoji mövqedən çıxış ediblər. Rusiyada barələrində cinayət işi açılan bu iş adamları hesab edirlər ki, Rusiya Daxili İşlər Nazirliyi insan hüquqlarını pozan çoxsaylı qanunsuzluqlara imza atıb: “Bu orqan korrupsiyaya bulaşıb, onun işçiləri mütəmadi olaraq şübhəlilərə qarşı qeyri-insan davranışda və işgəncələrdə ittiham olunur və təqsirli bilinirlər”.

Rusiyalı biznesmenlər Baş Assambleyanın nümayəndə heyətini Prokopçukun namizədliyini dəstəkləməməyə, ona səs verməməyə çağırıblar.

Ukrayna da Prokopçuk əleyhinə çıxış edib. Rəsmi Kiyev bəyan edib ki, Prokopçukun seçiləcəyi təqdirdə, Ukrayna “İnterpol”u tərk edəcək.

Eyni ultimatumu Litva da səsləndirib. Ölkənin daxili işlər naziri Eymutis Misyunas bildirib ki, rus general rəhbər seçilərsə, “İnterpol”u tərk edəcələr: “Biz görürük ki, Rusiya əvvəllər “İnterpol”dan vətəndaş cəmiyyəti və demokratik ictimaiyyətin fəalları ilə, eləcə də bəzi Litva vətəndaşlarıyla hesablaşmaq üçün istifadə edib. Əgər Prokopçuk seçilsə, Litva digər demokratik ölkələrlə birgə “İnterpol”u təcili olaraq tərk etmək məsələsinə baxacaq”.

Misyunasın bu mövqeyi Litva Seyminin 88 deputatı tərəfindən dəstəklənib.

Prokopçun mümkün təyinatına ən sərt reaksiya verənlərdən biri də britaniyalı maliyyəçi Uilyam Brauder olub. Brauder “The Washington Post” qəzetindəki məqaləsində yazır: “Üçüncü gün bütün demokratik və açıq ölkələr bir araya gələrək öz təsir güclərini ortaya qoymalı və “İnterpol”un Rusiya mafiyasının alətinə çevrilməsinə imkan verməməlidirlər”.

Brauder Rusiya hökumətinin “İnterpol”un kanalları vasitəsilə dəfələrlə onu beynəlxalq axtarışa verməyə cəhd etdiyini də xatırladıb.

“Washington Post”da dərc olunan başqa bir məqalədə isə rusiyalı müxalifətçi Vladimir Kara-Murza bildirir ki, Putin  “İnterpol”a nəzarət etməyə hazırlaşır.

Men Xunvey

 

192 dövlətdə cinayətkarların axtarışı ilə məşğul olan “İnterpol”un yeni şefi noyabrın 21-də Dubayda keçirilən seçkidə müəyyən olunacaq. Son vaxtlara qədər “İnterpol”a Çinin təmsilçisi Men Xunvey rəhbərlik edirdi. Xunvey bu il sentyabrın 29-da Fransadan Çinə yollandıqdan sonra itkin düşdü və ondan günlərlə xəbər çıxmadı. Bir həftə sonra məlum oldu ki, Xunvey Çinə eniş edən kimi yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və korrupsiyada, həmçinin başqa cinayətlərdə ittiham olunur.

Bu ittihamlar Çinin İctimai Təhlükəsizlik Nazirliyinin Dövlət Nəzarət Komitəsində araşdırılır. Və “İnterpol”a müvəqqəti olaraq qurumun vitse-prezidenti, Cənubi Koreyadan olan Kim Çen Yan rəhbərlik edir.

57 yaşlı Prokopçuk Ukraynada anadan olub. Komsomolda işləyb və 80-ci illərdə Rusiyaya köçüb. İxtisasca filoloqdur. 90-cı illərdə hüquq təhsili alıb. Ukrayna mətbuatı onun KQB əməkdaşı olduğunu deyirlər.

Prokopçuk vergi polisində yüksək vəzifə tutub və 2003-cü ildən Rusiya Daxili İşlər Nazirliyində işləməyə başlayıb. 2016-cı ildə “İnterpol”un vitse-prezidenti seçilib. Həmin vaxt mətbuat yazırdı ki, bu, “İnterpol”un tarixində bu qədər yüksək vəzifə tutan ilk rusiyalıdır…

Strateq.az

Əvvəlki yazı

Millət vəkili Q.Paşayeva Cənubi Koreya, Monqolustan, Norveç və Pakistanın fəal qadınları ilə Qarabağ həqiqətlərindən danışıb

Sonrakı yazı

Azərbaycan, Türkiyə və Gürcüstan orduları birgə təlimlər keçirəcək

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.