Tovuz rayonunun Ermənistanla ən yaxın məsafəsi olan Koxanəbi kəndinə asfalt yol çəkilir. Reportyor.info xəbər verir ki, strateji əhəmiyyətli bu yol daima atəş altında olur. Bu təhlükəyə baxmayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Qazax 28 nömrəli Yol İstismarı MMC işçiləri yol çəkilişini davam etdirirlər.
Kənd sakinləri bu işdə əməyi olan AAYDA, yerli icra hakimiyyəti və yol idarəsi əməkdaşlarına minnətdarlıq ediblər. Ərazidən görüntüləri təqdim edirik:






















